وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَٰمِلُونَ
İman gətirməyənlərə de: “Siz etdiyinizi (bacardığınızı) edin, biz də etdiyimizi edəcəyik!
Ey Peyğəmbər! Allaha və Onun Tövhidinə iman gətirməyənlərə de: "Haqqdan üz çevirməkdə və insanları haqqa tabe olub ona boyun əyməyə mane olmaqda elə əvvəlki kimi öz yolunuzla davam edin. Biz də bu vaxta qədər bu dində sabit olub, ona dəvət edib və bu yolda səbir etdiyimiz kimi bundan sonra da elə davam edəcəyik.