Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 123

111

وَإِنَّ كُلًّۭا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌۭ

Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!

Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin ixtilaf edən kimsələrin hər birinə əməllərinin əvə­­zini tam olaraq verə­cək­dir. Kimin əməlləri xeyirdirsə, onun əvəzi xeyir olacaqdır. Kimin də əməli şərdirsə, onun da əvəzi şər olacaqdır. Çünki, Allah onların etdikləri ən kiçik şeyləridən xəbərdardır. Onların əməllərindən Allaha heç bir şey gizli qalmaz.

112

فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا۟ ۚ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ

(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!

Ey Peyğəmbər! Allahın sənə əmr etdiyi kimi doğ­ru yolda olmağa davam et. Onun əmrlərini yerinə yetir və qadağalarından da uzaq dur. Möminlərdən sə­ninlə birlikdə tövbə edən­lər də doğ­ru yolda olsunlar. Günahlar edərək həddi aşmayın, çünki O, si­zin nə et­dik­lə­ri­nizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. O sizə əməllərinizin qarşılığını verəcəkdir.

113

وَلَا تَرْكَنُوٓا۟ إِلَى ٱلَّذِينَ ظَلَمُوا۟ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ

Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz!

Məhəbbət yaxud yumuşaqlıq göstərərək zalım kafirlərə meyl etmə­yin, yoxsa onlara meyl etdiyinizə görə sizə od toxunar. Si­z oddan xilas edən Allah­­dan başqa himayədarınız yoxdur. Əgər siz onlara meyl etsəniz, sonra sizə kömək edən tapa bilməzsiniz.

114

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًۭا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّٰكِرِينَ

(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yə’ni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yə’ni səhər-axşam) və gecənin (gündüzə yaxın) bə’zi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).

Ey Peyğəmbər! Gündüzün iki başında, əv­və­lində və axırında olmaqla və ge­cə­nin bə­zi vaxt­la­rında da ən gözəl şəkildə namaz qıl! Həqiqətən, saleh əməllər kiçik günahları silib apa­rır. Bu deyilənlər, öyüd-nəsihət qəbul edib, anlayanlar üçün bir xatırlatmadır.

115

وَٱصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

(Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!

Ey Peyğəmbər! Haqq yolda sabit qalmağa və diğər xeyirli işləri sənə əmr olunduğu kimi yerinə yetirməyə, zülmə və ya zalımlara meyil etmək kimi sənə qadağan etdiyim işlərdən çəkinməyə səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin savabını puç etməz. Əksinə, onların etdikləri yaxşı əməlləri onlardan ən gözəl şəkildə qəbul edər və bunun qarşılığını onlara ən gözəl şəkildə verər.

116

فَلَوْلَا كَانَ مِنَ ٱلْقُرُونِ مِن قَبْلِكُمْ أُو۟لُوا۟ بَقِيَّةٍۢ يَنْهَوْنَ عَنِ ٱلْفَسَادِ فِى ٱلْأَرْضِ إِلَّا قَلِيلًۭا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوا۟ مَآ أُتْرِفُوا۟ فِيهِ وَكَانُوا۟ مُجْرِمِينَ

Barı, sizdən əvvəlki nəsillərin ağıl və fəzilət (hünər) sahibləri yer üzündə fitnə-fəsad törətməyi qadağan edəydilər! Onların xilas etdiyimiz az bir qismi istisnadır. (Onlar keçmiş peyğəmbərlərin əshabələridir ki, insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edərdilər.) Zalımlar isə onlara verilmiş ne’mətə (dünyanın ləzzətinə) uydular və günahkar oldular.

Heç olmasa, sizdən əv­vəl əzaba düçar olmuş ümmətlərdən fəzilət və yaxşı əməl sahibi olan kimsələr, o ümmətləri küfrü və günah edərək yer üzündə fit­nə-fə­sad törət­mə­yi qadağan edən ağıl və hikmət sa­hi­bləri olaydı. On­lar­dan yalnız zalım qövmlərini həlak etdikdə, xilas et­diyimiz az bir qisim insan yer üzündə fitnə-fəsad törətməyi qadağan edirdi. Onlar öz qövmlərində zalım olanların və onlara veril­miş dünya ləz­­zətlərinin ardınca düşdülər və beləliklə də, onların tabe olduqları üçün zalımlardan oldular.

117

وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا مُصْلِحُونَ

Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz!

Ey Peyğəmbər! Rəbbin, yer üzərində əhalisi islah edən adamlar olan hər hansı bir şəhəri əsla məhv etməz. Rəbbin ancaq əhalisi küfr, zülüm və asilik edərək yer üzündə fitnə-fəsad törədən şəhəri məhv edər.

118

وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةًۭ وَٰحِدَةًۭ ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ

Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək bir ümmət edərdi. Onlar (yəhudi, xaçpərəst, atəşpərəst və i. a. olmaqla dinləri barəsində) hələ də ixtilafdadırlar.

Ey Peyğəmbər! Əgər Rəbbin, in­sanların vahid bir din üzərində olmasını istəsəydi, mütləq bunun edər­di. Lakin Allah bunu istəmədi. Elə buna görə də onlar öz havalarına və azğınlığa tabe olduqları səbəbindən elə hey ixti­laf etməkdədirlər.

119

إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir ixtilafa düşdüklərinə görə xoşbəxt və bədbəxt, mö’min və kafir, cənnət və cəhənnəm əhli) yaratmışdır. (Allah insanların dində ixtilafda olub-olmayacaqlarını, özlərini necə aparacaqlarını əzəldən bildiyi üçün onların bütün gələcək işlərini və hərəkətlərini öz qüdrət qələmi ilə lövhi-məhfuzda yazmışdır). Artıq Rəbbinin (mələklərə dediyi): “Mən Cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!” - sözü tamamilə yerinə yetdi!

Yalnız Allah Öz rəhməti ilə hidayətə müvəffəq etdiyi şəxs­lərdən başqa. Onlar Allahın tövhidi barəsində əsla ixtilaf etməzlər. Uca Allah on­ları elə bu ixtilafla imtahan etmək üçün yaratdı. Onlardan bəziləri bədbəxdir, bəziləri isə xoşbəxt. Ey Peyğəmbər! Rəb­bi­nin əzəldən Cəhən­nə­mi şeytana tabe olan cin və insanlarla dol­du­racağına dair verdiyi hökmü atrıq gerçəkləşdi.

120

وَكُلًّۭا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌۭ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

(Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu (surə) sənə haqq, mö’minlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!

Ey Peyğəmbər! Səndən əvvəl gəlib getmiş elçilərin xəbərlərini, qəlbinin haqq üzərində sabit qalıb və onu qüvvətləndirmək üçün sənə söylədik. Bu surədə sənə şəkk-şübhəyə yer olmayan haqq, kafirlərə öyüd-nəsi­hət və xatır­latmadan fayda alan möminlər üçün də bir xatır­latma vəhy edil­miş­dir.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.