Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 123

11

إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ

Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir.

Çətinliklərə, ibadətlərə və günahlara qarşı səbir edib yaxşı işlər gö­rən kimsələr is­tisnadır. Onların halı isə tam başqadır. Çünki onlar heç vaxt Allahın rəhmətindən ümidini üzməz, Allahın onlara bəxş etdiyi nemətlərə nankorluq etməz və insanlara xor baxmazlar. Məhz bu xislətlərə sahib olan kimsələr üçün Rəbdi yanında günahlarının ba­ğış­lan­ması və axirətdə isə böyük bir mükafat vardır.

12

فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ ۚ إِنَّمَآ أَنتَ نَذِيرٌۭ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌ

(Ya Rəsulum!) Müşriklərin: “Heç olmasa, (Peyğəmbərliyinin doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” – deməklərindən dolayı, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli (bə’zi ayələri dərhal təbliğ etməyib tə’xirə salmalı) olacaqsan və (bə’zən) buna görə ürəyin qısılacaq! Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir!

Ey Peyğəmbər! Bəlkə də sən, müşriklərin Allahın ayələrinə qarşı küfr və inadkarlıq etmələri və bu ayələr haqqında yalnış düşüncələri səbəbi ilə: "Kaş ki, ona göydən bir xəzinə nazil edilib, onu zəngin edərdi, yaxud onu təsdiq edən özü ilə bir mələk gələrdi" – deməkləri üzündən bu ayələrə əməl etməyin müşriklərə çətin olduğuna görə Allahın sənə təbliğ etməyi əmr etdiyi ayələrdən bəzisini tərk edəcəksən və ya qəlbin bu ayələri təbliğ etməkdən darala­caq! Sən buna görə Allahın sənə nazil etdiyi ayələrin bəzisini təbliğ etməyi tərk etmə. Çünki sən ancaq Allahın əzabı ilə qorxudan və Allahın sənə vəhy etdiyini insanlara təbliğ edənsən. Onların ayələr barədə düşündüklərini həyata keçirmək sənin vəzifən deyil. Allah isə hər şe­yi qoruyandır.

13

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍۢ مِّثْلِهِۦ مُفْتَرَيَٰتٍۢ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ

Yoxsa (müşriklər): “Onu (Qur’anı) özündən uydurdu!” - deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.

Yoxsa müşriklər: "Muhəmməd Quranı özündən ixtira etdi. O, Allah tərəfindən nazil edilən vəhy deyildir!"– deyirlər. Ey Peyğəmbər onları təhdid edərək de: "Əgər Quran ixtira edilmiş bir kitab olduğu iddianızda doğrusunuzsa, elə isə ixtira edilmiş olduğunu iddia etdiyiniz Qurana bənzər, ixtira edilmiş on surə də siz gətirin və bu işdə sizə kömək etmək üçün, kimi bacarırsınızsa, onu da köməyə çağırın!"

14

فَإِلَّمْ يَسْتَجِيبُوا۟ لَكُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَآ أُنزِلَ بِعِلْمِ ٱللَّهِ وَأَن لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ

Yox, əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra) islamı qəbul etməzmisiniz?

Ey möminlər! Əgər sizin onlardan tələb etdiyinizi bacarmadıqları üzündən gətirə bilməsələr, yəqinliklə bilin ki, Quran, Allahın Öz elmi ilə Muhəmmədə nazil etdiyi bir kitabdır. O, heç də müşriklərin iddia etdikləri kimi ixtira edilmiş bir kitab deyildir. Bilin ki, Allah başqa ibadətə layiq haqq məbud yox­dur. Siz bu açıq-aydın dəlillərdən sonra Allaha təslim olub, Ona boyun əyəcəksinizmi?

15

مَن كَانَ يُرِيدُ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَٰلَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ

Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb e’tiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər).

Kim yaxşı əməllər etməklə axirətdən vaz keçərək sadəcə dünya həyatını və onun fani ləzzətini istəyirsə, Biz on­lara əməllərinin əvə­zini: sağlamlıq, əmin-amanlıq və bol-bol ruzi verməklə elə dünyada ikən tam şəkildə verərik və əməllərinin savabından heç bir şey əksiltmərik.

16

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْءَاخِرَةِ إِلَّا ٱلنَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَٰطِلٌۭ مَّا كَانُوا۟ يَعْمَلُونَ

Belələrini axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!

Bu çirkin xislətlərə sahib olan kimsələr üçün Qiyamət günü daxil olacaqları od­dan başqa heç bir pay yoxdur. Onların dün­yada etdikləri əməllərinin savabı elə dünyada ikən boşa çı­xmış və puç olmuşdur. Çünki onlar, bu əməlləri etdikdə Allaha iman gətirməmişdilər və bu əməllər səbəbi ilə Allahın razılığını qazanmaq və Cənnəti arzulayaraq doğru bir niyyət ilə etməmişdilər.

17

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌۭ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةً ۚ أُو۟لَٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۚ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ ۚ فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّنْهُ ۚ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ

Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qur’ana inanırlar. (Ya Rəsulum!) Qur’anı inkar edən zümrənin (bütün müşriklərin və kafirlərin) və’d olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən (gələn) haqdır, lakin insanların (Məkkə əhlinin) əksəriyyəti (buna) inanmaz!

İçində uca Rəbbindən açıq-aydın bir dəlil, ar­dınca Rəbbi tərəfindən onu təqib edən bir şahid - Cəb­rail - gələn və ondan əvvəl insanllara bir örnək və rəhmət olaraq Musa­ya nazil edilən Tövratda onun peyğəmbərliyi qeyd edilən Muhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onunla birlikdə olanlar, zəlalət işərisində çaşıb qalan ka­firlərlə tay ola bilməz. Möminlər, Qurana və özünə Quran nazil edilən Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman gəti­rir­lər. Başqa dinlərdən olan hər kim Quranı in­kar etsə, Qiyamət günü onun vəd olun­duğu yer oddur. Ey Peyğəmbər! Sənin, Qu­rana və kafirlərə vəd edilmiş əzab barədə heç bir şüb­hən olmasın. Çün­ki Quran, işərisində heç bir şəkk-şübhəyə yer olmayan haqdır. Lakin insan­ların ço­xu kifayət qədər açıq-aydın dəlillərin olmasına rəğmən yenə də bu­na inanmazlar.

18

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۚ أُو۟لَٰٓئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ ٱلْأَشْهَٰدُ هَٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ

Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!

Allaha şərik və ya övlad nisbət edərək Ona qarşı yalan uydu­­rub, iftira yaxan kəs­dən daha zalım kimsə yoxdur. Allaha qarşı yalan uydurub, Ona iftira yaxan kimsələr dünyada ikən etdikləri əməllər barədə, haqq-hesaba çəkilmək üçün Qiyamət günü Rəb­binin hüzu­ru­na gətirilə­cək və mələklərdən və peyğəmbərlərdən olan şa­hid­lər: "Bun­lar Allaha şərik qoşan və övlad nisbət edərək Allaha qarşı yalan uydurub, Ona iftira yaxan­ kimsələrdir" – deyəcəklər. Bilin ki, Allah, Ona qarşı yalan danışıb, iftira yaxaraq özlərinə zülüm edən kimsələri Öz rəhmətindən uzaqlaşdırmışdır!

19

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًۭا وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ

O kəslər ki, (insanları) Allah yolundan döndərir, onu (yolu) əymək istəyirlər – onlar, məhz onlar axirəti inkar edənlərdir.

O kəslər ki, insanları Allahın doğru yolundan sapdırır və Allahın yoluna heç bir kimsənin tabe olmaması üçün insanlara bu yolu əyri göstərməyə çalışırlar. Bunlar, öldükdən sonra yenidən dirilməyi inkar edən və bunu qəbul etməyən kimsələrdir.

20

أُو۟لَٰٓئِكَ لَمْ يَكُونُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ۘ يُضَٰعَفُ لَهُمُ ٱلْعَذَابُ ۚ مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُوا۟ يُبْصِرُونَ

Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) görməzlər!

Allahın əzabı bu xislətlərə sahib olan kimsələrə gəldiyi zaman, onlar yer üzündə qaçıb bu əzabdan yaxa qurtara bilməyəcək­lər. Onların, Allahın əzabını özlərindən qoruyan Allah­dan başqa hi­ma­yədarları və yardımçılarıda da yoxdur. Həm özlərini, həm də, başqalarını Allahın yolundan azdırdıqları üçün Qiyamət günü on­la­rın əzabı qat-qat artırılar. Çünki on­lar dünyada ikən haqqı qəbul edəcəkləri bir eşitmə ilə haqqı və doğru yolu eşidib qəbul edə bilmədilər. Həmçinin də, haqdan şiddətlə üz çevirdikləri üçün Allahın bu kainatda olan ayələrinə baxıb ibrət almadılar.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.