Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 123

101

وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍۢ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍۢ

Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi (əsla əzabdan xilas edə bilmədi), əksinə, yalnız ziyanlarını artırdı.

Biz onları məhvə düçar edərək onlara zülm etmə­dik, lakin onlar, Allaha küfr etmələri səbəbindən özlərini həlaka sürükləyən əməllər etməklə öz nəfslərinə zülm et­dilər. Ey Peyğəmbər! Rəb­binin onları məhv etmək əmri gəl­dikdə, Allahdan başqa ibadət etdikləri bütlər onları Allahın əzabından qur­tara bilmədi­. Onların bu ilahları ancaq özlərinin ziyanını və həlakını ar­tırdı.

102

وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَٰلِمَةٌ ۚ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌۭ شَدِيدٌ

Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şıddətlidir!

Allah, Öz göndərdiyi peyğəmbərləri yalan sayan məmləkətləri hər zaman və hər məkanda belə yaxalayıb, yox etmişdir. Həqiqətən də, Onun zalim bir məmləkəti yaxala­ma­sı olduqca çox üzü­cü­dür və şid­dət­li­dir.

103

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّمَنْ خَافَ عَذَابَ ٱلْءَاخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌۭ مَّجْمُوعٌۭ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌۭ مَّشْهُودٌۭ

Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür.

Uca Allahın, əhalisi zalım olan məmləkəti ağrılı-acılı və şiddətli bir əzabla yaxalamasında, Qiyamət gününün əza­bın­dan qorxanlar üçün bir ib­rət və öyüd-nəsihət vardır. Bu, uca Allahın insanları haqq-hesab etmək üçün bir yerə toplayacağı gün­dür. O gün, həm də, məhşər əhlinin şahid ola­cağı bir gün­dür.

104

وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍۢ مَّعْدُودٍۢ

Biz onu yalnız müəyyən bir müddət üçün tə’xirə salmışıq.

Biz, şahid olunan o günün gəlib çatmasını, sadəcə müddəti məlum olan vaxta qədər təxirə sal­mı­şıq.

105

يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِۦ ۚ فَمِنْهُمْ شَقِىٌّۭ وَسَعِيدٌۭ

(Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!

O gün gəlib yetişdiyi zaman Alla­hın izni olmadan heç kəs nə danışıb dəlil gətirə bilər, nə də ki, kimsə üçün şəfaətçilik edə bilər. O gün inasnlar iki qisimə bölünəcəklər: On­lar­dan bir qismi bədbəxt olub oda daxil olanlardır, digər bir qismi də ki, xoşbəxt olub Cənnətə daxil olanlar.

106

فَأَمَّا ٱلَّذِينَ شَقُوا۟ فَفِى ٱلنَّارِ لَهُمْ فِيهَا زَفِيرٌۭ وَشَهِيقٌ

Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onların orada ah-fəryad gözləyir.

Küfr və fasiq əməllərinə görə bədbəxt olanlara gəlincə, on­lar Oda daxil olacaqlar. On­lar Cəhənnəmin atəşinin şiddətindən zarıyıb, bağıra­caqlar.

107

خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌۭ لِّمَا يُرِيدُ

Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi–göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar mö’minlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər).

Onlar orada əbədi qalacaqlar. Allahın, günahkar möminlərdən orada cəzasını cəkdikdən sonra oradan çıxmasını istədiyi kimsələr müstəs­na olmaqla, göylər və yer dur­duq­ca kafirlər oradan çıxa bilməzlər. Ey Peyğəmbər! Həqi­qətən, sənin Rəbbin is­tə­diyini edən­dir. Kimsə Ona əsal istədiyini etməyə mane ola da bilməz.

108

۞ وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۖ عَطَآءً غَيْرَ مَجْذُوذٍۢ

Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bə’zi kamil mö’minlərin daha yüksək mərtəbələrə - ərşi-ə’laya qalxması, bir müddət Cəhənnəmdə əylənməsi və Allahın izni ilə onlara günahkarlardan ötrü şəfaət etmək şərəfi nəsib olmasından) əlavə, tükənməz bir ne’mət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.

İman gətirib saleh əməllər etdiklərinə görə, özlərinə Allah tərəfindən xoşbəxtlik nəsib edilmiş kimsələrə gəldikdə isə, Allahın günahkar möminlərdən Cənnətdən əvvəl Cəhənnəmə daxil olanlardan istədiyi kimsələr müstəs­na olmaqla, onlar Cənnətdə göy­lər və yer durduqca orada əbə­di qalacaqlar. Şübhəsiz ki, Allahın Cənnət əhlinə əta etdiyi nemətlər əbəbi və sonsuzdur.

109

فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّمَّا يَعْبُدُ هَٰٓؤُلَآءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ ءَابَآؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍۢ

Elə isə bunların (bütpərəstlərin) tapındıqlarının (bütlərin) batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!

Ey Peyğəmbər! O müşriklərin ibadət et­dik­ləri bütlərin batil olması barədə heç bir şübhən olmasın. Onların bu bütlərə tapınmaqlarının doğruluğuna dair nə əqlı, nə də ki, şəri bir dəlilləri vardır. Onları bu bütlərə ibadət etməyə sövq edən şey, ata­la­­rının əv­vəl­lər onlara ibadət etmələridir. Şüb­hə­siz ki, Biz on­ların cəzasını əs­kilt­mədən tam şəkildə verəcəyik.

110

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَٱخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ

Biz Musaya kitab (Tövrat) verdik və onun (Qur’anın) barəsində də ixtilaf düşdü (yəhudilərin bə’zisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun (Qur’anın) barəsində də şəkk-şübhədədirlər!

Biz Musaya da Tövrat ver­dik, la­kin insanlar onun barəsində ix­ti­laf etdilər. İnsanların bir qismi ona iman etdi, diğər bir qismi isə onu inkar etdi. Əgər Allahın onlara bu dünyada əzabı tezləşdirməyəcək, əksinə, onların əzablarını müəyyən bir hikmətə görə Qiyamət gününə saxlayacağına dair əvvəlcədən onlar arasında verdiyi hökm olmasaydı, elə bu dünyada on­la­ra layiq olduqları əzab nazil olardı. Həqiqətən, yəhudilərdən və müşriklərdən olan ka­firlər, Quran barə­sin­də anlaşıl­maz şübhə içindədirlər.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.