Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 123

91

قَالُوا۟ يَٰشُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًۭا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًۭا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَٰكَ ۖ وَمَآ أَنتَ عَلَيْنَا بِعَزِيزٍۢ

Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!”

Şueybin qövmü ona belə dedi: "Ey Şueyb! Biz sənin gətirdiyin bu dinin çoxunu anlamı­rıq. Gözlərin zəyif gördüyünə və ya kor olduğuna görə biz səni öz ara­mızda gücsüz bir insan hesab edirik. Əgər dinimizə tapınan qəbilən ol­ma­­saydı, səni daş­qa­laq edərək öldürərdik. Sən bi­zim üçün heç də elə böyük bir adam de­yil­sən ki, səni öldürməkdən qorxub çəkinək. Biz səni yalnız qəbilənə hörmət olaraq öldürməyib tərk edirik".

92

قَالَ يَٰقَوْمِ أَرَهْطِىٓ أَعَزُّ عَلَيْكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذْتُمُوهُ وَرَآءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّى بِمَا تَعْمَلُونَ مُحِيطٌۭ

(Şüeyb) dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim (elmi ilə) nə etdiklərinizi biləndir!

Şueyb qövmünə dedi: "Ey qövmüm! Mə­gər mə­nim qəbiləm sizin üçün Rəbbiniz olan Allah­dan da daha əziz və hörmətlidirmi ki, Onun sizə peyğəmbər göndərdiyinə iman gətirməyərək, Allaha arxa çevirirsiniz?! Şüb­həsiz ki, Rəb­bim sizin nə et­dik­ləri­nizi əhatə edir. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O sizi bu çirkin əməllərinizə görə dünyada məhv edəcək və axirətdə isə azaba düçar edəcəkdir!

93

وَيَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَٰمِلٌۭ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَمَنْ هُوَ كَٰذِبٌۭ ۖ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌۭ

Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. (Əzabı) gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!”

Ey qövmüm! Bacardığınız qədər istədiyinizi edin, mən də bacardığım qədər istədiyimi edəcəyəm. Sonra rüs­vay­edici əza­bın bizlərdən kimə gələ­cə­yini və kimin öz iddiasında ya­lan­çı oldu­ğunu tez­lik­lə görəcəksiniz. Elə isə Allahın hökmünü gözləyin, mən də si­zinlə bir­lik­də göz­lə­yirəm".

94

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ

(Şüeyb tayfasının məhvi barəsində) əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şüeybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular).

Şueyb qövmünün məhvi barəsində əmrimiz gəldikdə Şuey­bi və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mər­hə­mətimizlə xi­las etdik. Qövmündən zülm edənləri isə həlakedici qorxunc səs ya­xaladı və bir göz qırpımında məhv oldular. Onlar bu səsin dəhşətindən üzüqoylu düşüb qaldılar və üzləri torpağa yapışdı.

95

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَا بُعْدًۭا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ

Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi (Allahın rəhmətindən) uzaq (kənar) oldu!

Özlərinə Allahın bəlası gəldikdən sonra sanki onlar bundan əvvəl orada heç yaşa­ma­­­­mışdılar. Səmud qövmü Allahın qəzəbinə düçar olaraq Onun rəhmətindən qovuduğu kimi, Məd­yən qövmü də Allahın qəzəbinə düçar olub Onun rəhmətindən qovuldu!

96

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍۢ مُّبِينٍ

Biz Musanı da mö’cüzələrimizlə və açıq-aşkar bir (dəlillə) peyğəmbər göndərdik -

Biz Musanı Allahın təkliyinə dəlalət edən dəlillərlə və onun gətirdiyinin doğru olduğuna şahidlik edən aşıq-aydın möcüzələ­rlə elçi gön­dərdik –

97

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱتَّبَعُوٓا۟ أَمْرَ فِرْعَوْنَ ۖ وَمَآ أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍۢ

Fir’ona və onun ə’yan-əşrafında. Onlar Fir’onun əmrinə tabe oldular. Halbuki Fir’onun əmri düzgün deyildi.

Musanı Firon və onun qövmünün zadəgan təbəqəsindən olan əyan­la­rı­na göndərdik. Əyanlar isə Fironun onlara Allaha küfür etmə əmrinə tabe ol­du­lar. Hal­bu­ki Fironun əmri, haqqdan uzaq olduğu üçün tabe olmağa layiq olan, doğru yol göstərən əmr de­yildi.

98

يَقْدُمُ قَوْمَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ فَأَوْرَدَهُمُ ٱلنَّارَ ۖ وَبِئْسَ ٱلْوِرْدُ ٱلْمَوْرُودُ

(Fir’on) qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq; Onların düşəcəkləri yer necə də pisdir!

Firon Qiyamət günü öz qövmü­nün önündə gedərək həm özünü, həm də on­ları oda salacaq. Onların girəcəkləri yer nə pis yerdir!

99

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِۦ لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۚ بِئْسَ ٱلرِّفْدُ ٱلْمَرْفُودُ

Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lə’nətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!

Dənizdə boğularaq həlak olmaları ilə yanaşı uca Allah bu dünya həyatında onları lənətə düçar edib Öz rəhmətindən qovub uzaqlaşdırmış və Qi­yamət günündə də Öz rəhmətindən qovub uzaqlaşdıracaqdır. Onların həm dünyada, həm də axirətdə lənətə düçar olub, əzaba məruz qalmaların necə də pisdir!

100

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ ۖ مِنْهَا قَآئِمٌۭ وَحَصِيدٌۭ

Bu, (məhv omuş) məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bə’zisindən əsər-əlamət qalmış, bə’zisi isə yerlə yeksan olmuşdur.

Ey Peyğəmbər! Bu surədə söylənənlər, sənə xəbər verdiyimiz məhv olan məm­lə­kət­lərin bəzi xəbərləridir. Bu məmləkətlərdən bu günə qədər bəzilərinin izi qalanı da, izi silinib yerlə yek­san olan, heç bir əlaməti qalmayanı da var.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.