ءَآلْـَٰٔنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ ٱلْمُفْسِدِينَ
İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!
Dünya həyatından ümidini kəsdikdən sonra iman gətidin?! Ey Firon! Əzab sənə gəlməzdən əvvəl Allaha küfr edərək və insanları Allah yolundan azdıraraq Allaha qarşı üsyan etdin. Sən həm özünü, həm də başqalarını azdırmaqla yer üzündə fitnə-fəsad törədənlərdən oldun.