Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 109

91

ءَآلْـَٰٔنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ ٱلْمُفْسِدِينَ

İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!

Dünya həyatından ümidini kəsdikdən sonra iman gətidin?! Ey Firon! Əzab sənə gəlməzdən əv­vəl Allaha küfr edərək və insanları Allah yolundan azdıraraq Allaha qarşı üsyan etdin. Sən həm özünü, həm də başqalarını azdırmaqla yer üzündə fitnə-fəsad tö­rə­dən­lər­dən oldun.

92

فَٱلْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ ءَايَةًۭ ۚ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ عَنْ ءَايَٰتِنَا لَغَٰفِلُونَ

Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!

Ey Firon! Biz sənin bədənini dənizdən sahilə çıxarıb, yer üzündə sənin yüksək bir yerdə saxlayacağıq ki, qoy səndən son­ra gələn­lər səni görüb ibrət alsınlar. Hə­qi­qə­tən də, insanların ço­xu mövcüzələrimizdən, dəlillərimizdən və qüdrətimizdən xə­bər­sizdirlər və bu barədə heç düşünməzlər.

93

وَلَقَدْ بَوَّأْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مُبَوَّأَ صِدْقٍۢ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ فَمَا ٱخْتَلَفُوا۟ حَتَّىٰ جَآءَهُمُ ٱلْعِلْمُ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik. Onlar özlərinə bir elm (Qur’an) gələnə qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir və gələcəyinə inanırdılar. Lakin Qur’an nazil olduqda həsədləri üzündən əksəriyyəti onun peyğəmbərliyini inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!

Biz İsrail oğullarını mübarək Şam torpaqlarında təriflənmiş və razı qalınmış gö­zəl bir yur­da sakin etdik və onlara halal və pak ruzilərdən verdik. Onlar dinlərində özlə­rinə Tövratda Muhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəsfi barədə oxuduqlarını təsdiq edən Quran gələnə qə­dər ixtilafa düş­mədilər. Onlar bunu inkar etdikdə, vətənləri əllərindən alındı. Ey Peyğəmbər! Şübhə­siz ki, Rəbbin, Qiyamət günü ixtilafa düşdük­ləri şey barə­sin­də onların arasında hökm ve­rəcəkdir. Onlardan haqlı olana da, haqsız olana da - hər ikisinin de ki, layiq olduğu qarşılığı verəcəkdir.

94

فَإِن كُنتَ فِى شَكٍّۢ مِّمَّآ أَنزَلْنَآ إِلَيْكَ فَسْـَٔلِ ٱلَّذِينَ يَقْرَءُونَ ٱلْكِتَٰبَ مِن قَبْلِكَ ۚ لَقَدْ جَآءَكَ ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ

(Ya Peyğəmbərim!) Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!

Ey Peyğəmbər! Əgər sənə nazil etdiyi­miz Quranın həqiqəti barədə şəkk-şübhə edirsənsə, elə isə, iman edib Tövratı oxuyan yəhudilərdən və həmçinin İncili oxuyan nəsranilərdən so­ruş. Onlar Tövratda və İncildə Quranın vəsfləri barədə oxuyub, bildikləri üçün mütləq sənə, sənə nazil edilənin haqq olduğunu xəbər verəcəklər. Atrıq Rəb­bindən sənə heç bir şəkk-şübhəyə yer olmayan haqq gəl­mişdir. Odur ki, sən, əsla şəkk-şübhə edən­lərdən ol­ma!

95

وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلْخَٰسِرِينَ

Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!

Allahın aşıq-aydın ayələrini və dəlillərini əsla yalan sa­yan­lar­dan da olma, yoxsa küfr etməklə özlərini öz əlləri ilə həlaka sürükləyənlərdən olarsan. Bütün bunlar Allahın ayələrinə şəkk-şübhə etməyin və onları yalan saymağın təhlükəli bir iş olduğunu göstərmək üçün edilmişdir.

96

إِنَّ ٱلَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ

Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər!

Küfr əməllərdə israr etdiklərinə görə Uca Allahın onları küfr üzərində canlarını alacağına dair hökm verdiyi kimsələr heç vaxt iman gətirməzlər.

97

وَلَوْ جَآءَتْهُمْ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ

Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə (inanmazlar).

Əgər onlara şəri və kövni ayələrin hamısı birini gəl­sə be­lə, ağrılı-acılı əzabı müşahidə etməyincə iman gətir­məzlər. Onların bu zaman iman etmələri özlərinə heç bir şayda verməz.

98

فَلَوْلَا كَانَتْ قَرْيَةٌ ءَامَنَتْ فَنَفَعَهَآ إِيمَٰنُهَآ إِلَّا قَوْمَ يُونُسَ لَمَّآ ءَامَنُوا۟ كَشَفْنَا عَنْهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍۢ

Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? (Yunisin ümməti) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik.

Əzabı öz gözləri ilə gördükləri an, Yunusun qöv­mü müstəsna olmaqla, özlərinə elçilərimizi göndərdiyimiz diyarlardan hər hansı bir diyar azabı görmədən öncə qəbul olunan iman gə­ti­rib ima­nı özü­nə fayda verən bir diyar əhli olmadı. Yu­nu­sun qöv­mü həqiqi iman gətirəndə on­lardan dünya həyatında zilləti və rüs­vayçılıq əza­bını so­vuşdurduq və onlara əcəlləri çatana qə­dər fani nemətlərdən fay­da­lan­maq imkanı verdik.

99

وَلَوْ شَآءَ رَبُّكَ لَءَامَنَ مَن فِى ٱلْأَرْضِ كُلُّهُمْ جَمِيعًا ۚ أَفَأَنتَ تُكْرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُوا۟ مُؤْمِنِينَ

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir).

Ey Peyğəmbər! Əgər Rəbbin yer üzün­də olanların hamısının iman etməsini istəsəydi, bu zaman onlar hamısı iman gətirərdi. Lakin Allah müəyyən bir hikmətə görə bunu istəmədi. O, istədiyini Öz ədaləti ilə azdırır və istədiyini də Öz lütfü ilə doğru yola yönəldir. İn­sanların iman etmələri üçün onları buna məcbur etmək sənin başardığın bir iş deyil. Onları imana müvəffəq etmək yalnız Allahın əlində olan bir işdir.

100

وَمَا كَانَ لِنَفْسٍ أَن تُؤْمِنَ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَجْعَلُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يَعْقِلُونَ

Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər.

Allahın icazəsi olma­dan kimsə öz istəyi ilə iman gətirə bil­məz. Çünki iman gətirmək yalnız Allahın icazəsi ilə olur. Sən onlara görə özünü üzüb həlak etmə. Allah əzabı və rüsvayçılığı Onun dəlillərini, əmrlərini və qadağalarını an­lama­yan­ların üzərinə edər.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.