Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 109

81

فَلَمَّآ أَلْقَوْا۟ قَالَ مُوسَىٰ مَا جِئْتُم بِهِ ٱلسِّحْرُ ۖ إِنَّ ٱللَّهَ سَيُبْطِلُهُۥٓ ۖ إِنَّ ٱللَّهَ لَا يُصْلِحُ عَمَلَ ٱلْمُفْسِدِينَ

Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: “Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!

Onlar sehr göstərəcəkləri şeyləri yerə atdıqda Musa – aleyhissəlam – onlara dedi: "Göstərdiyiniz bu iş sehrdir. Hə­qiqətən, Allah etdiyiniz bu əməli boşa çı­xara­caq və etdiyiniz sehrin heç bir təsiri olmayacaq. Çünki siz, öz sehr əməllərinizlə yer üzündə fitnə-fə­sad törə­dən kimsələrsiniz. Allah hər bir fitnə-fəsad törədən kimsənin işini düzəltməz".

82

وَيُحِقُّ ٱللَّهُ ٱلْحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ

Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!”

Firon əhli-əyalından olan kafirlər istəməsələr də uca Allah haq­qı bərqərar edəcək, haqqı açıq-aydın dəlillərdən olan qədəri və şəri kəlmələri ilə hakim qılacaqdır.

83

فَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٌۭ مِّن قَوْمِهِۦ عَلَىٰ خَوْفٍۢ مِّن فِرْعَوْنَ وَمَلَإِي۟هِمْ أَن يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍۢ فِى ٱلْأَرْضِ وَإِنَّهُۥ لَمِنَ ٱلْمُسْرِفِينَ

Fir’onun və ə’yanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Fir’on camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Çünki Fir’on o yerdə hakim idi. O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı.

Musa – aleyhissəlam – qövmünə aşıq-aydın mövcüzələr və dəlillərlə gəlməsinə baxmayaraq, Firon və onun qövmünün zadəgan təbəqəsindən olan kimsələrin, özlərini imandan döndərmələrindən və işgəncə etmələrindən qor­xduqlarına görə qövmündən, İsrail oğullarından olan bəzi gənclərdən başqa Musaya iman gətirən olmadı, əksinə, Musanın dəvətindən üz çevirməkdə israr etdilər. Həqiqətən də, Firon Misirə və Misir əhli üzərində hökmranlıq edən təkəbbürlü hökmdar idi. O, küfrdə və İsrail oğullarını işgəncə ilə öldürməkdə həddi aşan bir zat idi.

84

وَقَالَ مُوسَىٰ يَٰقَوْمِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّسْلِمِينَ

Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!”

Musa – aleyhissəlam – qövmünə dedi: "Ey qöv­müm! Əgər siz Allaha həqiqi iman gətirmiş­si­nizsə və həqiqətən də siz mü­səl­man olmuşsunuzsa, o halda işinizi yalnız Allaha həvalə edin. Allah təvəkkül edin, əgər belə etsəniz, O, sizi pisliklərdən qoruyar və xeyir qapılarını sizin üzünüzə açar!"

85

فَقَالُوا۟ عَلَى ٱللَّهِ تَوَكَّلْنَا رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةًۭ لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ

Onlar dedilər: “Biz yalnız Allaha təvəkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə!

Onlar Musaya – aleyhissəlam – belə cavab verdilər: "Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbi­miz! Za­lım qövmü üzərimizə saldırma, yoxsa onlar ölümlə, işgəncə etməklə və ya bizi yolumuzdan azdırmaqla bizi dinimizdə fitnəyə salarlar".

86

وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ

Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”

Ey Rəbbimiz! Canımızı Öz mərhəmə­tin­lə Fifonun kafir qövmü əlindən qur­tar, çünki onlar bizi özlərinə qul etmiş, bizə ölüm və işgəncə etməklə zülm etdilər.

87

وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًۭا وَٱجْعَلُوا۟ بُيُوتَكُمْ قِبْلَةًۭ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ

Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və mö’minləri (zəfərlə, Cənnətlə) müjdələyin!” – deyə vəhy etdik.

Biz Musaya və onun qar­daşı Haruna – Aleyhiməssəlam: "Tək Allaha ibadət etmək üçün qövmünüz üçün evlər hazırlayın, evlə­ri­ni­zi qiblə (Beytülməqdisə) tərəfə edin. Namazları kamil şəkildə qılın!" – deyə vəhy et­dik. Ey Musa! Möminlərə, onları sevindirən, Allahın onlara yardım, düşmənlərini isə həlak edəcəyini və onları yer üzünə xəlifələr təyin edəcəyini xəbər ver!

88

وَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُۥ زِينَةًۭ وَأَمْوَٰلًۭا فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا۟ عَن سَبِيلِكَ ۖ رَبَّنَا ٱطْمِسْ عَلَىٰٓ أَمْوَٰلِهِمْ وَٱشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا۟ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ

Musa dedi: “Ey Rəbbimiz! Sən Fir’ona və ə’yan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”

Musa – aleyhissəlam – dedi: "Ey Rəbbi­miz! Sən Firona və onun qövmündən olan zadəganlara dün­ya hə­ya­tında dünya zinətlərini, bər-bəzəyini və mal-dövlət bəxş etdin. Onlar isə bunun əvəzində Sənə şükür etmədilər. Əksinə, onlara bəxş etdiyin bu mal-dövləti insanları Sənin yolundan azdırmağa sərf etdilər. Ey Rəb­bimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərt­ləş­dir. Çünki onlar imanlarının özlərinə fayda verməyəcəyi zaman ağrılı-acılı əzabı gör­mə­yincə iman gətirməzlər".

89

قَالَ قَدْ أُجِيبَت دَّعْوَتُكُمَا فَٱسْتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ

(Allah) buyurdu: “Hər ikinizin duasını qəbul etdim. Siz (öz də’vətinizdə və təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna uymayın!

Allah dedi: "Ey Musa və Harun! Hər ikini­zin də Firona və onun qövmündən olan zadəganlara qarşı etdiyiniz duanı qə­bul etdim. Dininizdə möh­kəm olun və haqq yolu bilməyən cahillərə tabe olaraq dininizdən azmayın!"

90

۞ وَجَٰوَزْنَا بِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُۥ بَغْيًۭا وَعَدْوًا ۖ حَتَّىٰٓ إِذَآ أَدْرَكَهُ ٱلْغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱلَّذِىٓ ءَامَنَتْ بِهِۦ بَنُوٓا۟ إِسْرَٰٓءِيلَ وَأَنَا۠ مِنَ ٱلْمُسْلِمِينَ

İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Fir’on və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Fir’on) batacağı anda: “İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!” – dedi.

Biz dənizi ayırıb İsrail oğullarını də­niz­dən sağ-salamat ke­çirtdik. Firon və onun qo­şu­nu zülm və düşmənçilik məqsə­dilə onları təqib et­dilər. Nəhayət, dalğalar onun üstünə gəlib, dənizdə boğularq, xilas olacağından ümidini kəsdikdə, dedi: "İsrail oğullarının iman gətirdik­lə­rin­dən başqa haqq məbud olmadığına iman gətirdim. Mən də Allaha itaət edənlərdənəm!".

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.