Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 109

71

۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِۦ يَٰقَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِى وَتَذْكِيرِى بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوٓا۟ أَمْرَكُمْ وَشُرَكَآءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةًۭ ثُمَّ ٱقْضُوٓا۟ إِلَىَّ وَلَا تُنظِرُونِ

(Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!).

Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə Nuhun bir zaman öz qöv­mü­nə belə dediyini xəbər ver: "Ey qövmüm! Əgər mənim sizin aranızda qalmağım və Allahın ayə­lə­ri­ni xatırlatmağım sizə ağır gə­ldiyi üçün məni öldürmək fikrinə düşmüsünüzsə, sizin mənə qarşı etdiyiniz bu hiylənin boşa çıxması üçün yalnız Allaha sığınıram. Elə isə işinizdən möhkəm yapışın, məni öldürməkdə qətiyyətli olun və öz ilahlarınızı da çağırın ki, bu işdə sizə yardım etsinlər sonra da işi­nizi gizlində deyil, aşkarda görün. Məni öldürmək qərarına gəldikdən sonra isə qəlbinizdə mə­nə qarşı gizlətdiyinizi həyata keçirin və heç mənə möh­lət də verməyin.

72

فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ

Əgər siz (mənim öyüd-nəsihətimdən, də’vətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!”

Əgər siz mənim öyüd-nəsihətimdən, dəvətimdən üz çevirsəniz, bilin ki, həqiqətən, mən, Rəbbimin dinini sizə təbliğ etmək müqabilində sizdən heç bir mükafat istə­mirəm. Siz iman etsəniz də, etməsəniz də, yenə də mə­nim mükafatım ancaq Allah yanındadır. Allah mənə Ona itaət edib və saleh əməl etməyi əmr edil­­mişdir".

73

فَكَذَّبُوهُ فَنَجَّيْنَٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ وَجَعَلْنَٰهُمْ خَلَٰٓئِفَ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُنذَرِينَ

Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları (yer üzünə) varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!

Nuhun qövmü onu yalançı hesab etdib, ona iman gətirmədi. Belə olduğu təqdirdə, Biz onu və onunla gəmidə bir­lik­də olan möminləri xilas etdib, onları özlərindən əvvəlkilər üçün yer üzünə xə­ləflər təyin et­dik. Nuha vəhy etdiyimiz ayələri yalan he­sab edənləri isə tufanla suda məhv etdik. Ey Peyğəmbər! Bir gör Nuhun - aleyhissəlam - özlərini xəbərdar etdikdən sonra ona iman gətirməyən bir qövmün aqibəti necə oldu!

74

ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِۦ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَٰتِ فَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ بِمَا كَذَّبُوا۟ بِهِۦ مِن قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ ٱلْمُعْتَدِينَ

Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) açıq-aşkar mö’cüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) həddi aşanların ürəklərini belə möhürləyirik.

Bir müddət keçdikdən sonra Biz Nuhun arxasınca hər ümmətə öz elçilərini göndər­dik. El­çilər öz qövmlərinə açıq-aydın də­lillər gətirdilər. Onlar isə əvvəlki elçiləri israrla yalan he­sab etdikləri üçün özlərinə göndərilən Elçilərə iman gə­tirə bilmədilər. Elə bu səbəbdən də Allah onların qəlblərini möhürlədi. Biz əvvəlki elçilərə tabe olan kimsələrin qəlblərini möhürlədiyimiz kimi, hər zaman və hər məkanda Allaha küfr etməklə Onun həddlərini aşan kafirlərin qəlb­lə­ri­ni də beləcə möhürləyirik.

75

ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ وَهَٰرُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ بِـَٔايَٰتِنَا فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًۭا مُّجْرِمِينَ

Onlardan sonra Musanı və Harunu Fir’ona və camaatına açıq mö’cüzələrlə peyğəmbər göndərdik. Lakin onlar (iman gətirməyi) özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular.

Bir müddət keçdikdən sonra Biz o elçilərin arxasınca Musanı və onun qardaşı Harunu Misir hökmdarı Fironun və Fironun qövmündən olan zadəganların yanına gön­dər­dik. Biz Musa və Harunu onlara, həqiqətən də onların hər ikisinin Allah tərəfindən göndərildiyinə dəlalət edən açıq-aydın möcüzələrlə gön­dər­dik. La­kin onlar Musanın gətirdiyinə iman etməkdən tə­kəb­bürlük göstər­dilər. Onlar Allaha küfr edib və Onun elçisini yalan hesab etdikləri üçün günahkar bir tayfa oldular.

76

فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُوٓا۟ إِنَّ هَٰذَا لَسِحْرٌۭ مُّبِينٌۭ

Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” – dedilər.

Fironuna və Fironun qövmündən olan zadəganlara, Musa və Harunun –aleyhiməssəlam – onlara gətirdiyi din gəldikdə, onlar Musanın gətirdiyi dinin doğru bir din olduğuna dəlalət edən möcüzələrə: "Şübhəsiz ki, bu, haqq deyil, bu, açıq-aydın bir sehr­dir!" – dedilər.

77

قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَآءَكُمْ ۖ أَسِحْرٌ هَٰذَا وَلَا يُفْلِحُ ٱلسَّٰحِرُونَ

Musa onlara belə dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar (dünyada və axirətdə) nicat tapmazlar!”

Musa onların bu davranışlarına inkar edərək onlara belə dedi: "Əcəba, sizə haqq gəl­dikdə: "Bu sehr­dir­mi?!" – de­yirsiniz? Xeyir, bu sehr deyildir. Mən bilirəm ki, sehr­baz əsla uğur qazan­maz­. Axı mən bunu bildiyim halda necə sehrlə məşğul ola bilərəm?!"

78

قَالُوٓا۟ أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلْكِبْرِيَآءُ فِى ٱلْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ

Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər.

Fironun və Fironun qövmündən olan zadəganlar Musaya belə dedilər: "Siz bu sehri, bizi atalarımızın tut­du­ğu yol­dan dön­də­rmək üçün və yer üzündə böyüklük et­mək sənə və sənin qardaşına qalsın deyə gətirmisiniz? Ey Musa və Harun! Biz sizin hər ikinizində bizə göndərilən elçilər olduğuna iman gəti­rən deyilik!".

79

وَقَالَ فِرْعَوْنُ ٱئْتُونِى بِكُلِّ سَٰحِرٍ عَلِيمٍۢ

Fir’on: “Nə qədər bilikli sehrbaz varsa, gətirin!” – dedi.

Firon qövmünə dedi: "Bütün bi­lik­li, məharətli sehr­baz­ları yanıma gətirin!"

80

فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ

Sehrbazlar gəldikdə Musa: “Nə atacaqsınızsa, atın (istədiyiniz əsaları və kəndirləri yerə atın!)” – dedi.

Firon sehribazlarla birgə Musanın yanına gəldikdə Mu­sa – aleyhissəlam – onlar üzərində qələbə çalacağına əmin olaraq onlara dedi: "Ey sehrbazlar! Nə atmaq istəyirsinizsə, atın!"

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.