وَمَا تَكُونُ فِى شَأْنٍۢ وَمَا تَتْلُوا۟ مِنْهُ مِن قُرْءَانٍۢ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍ
(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qur’andan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
Ey Peyğəmbər! Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, ey möminlər! siz də nə iş görsəniz, başınız işə qarışarkən Biz sizin nə etdiyiniz işi görər və dediyinizi eşidərik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbinin elmindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, o nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmılmış açıq-aydın kitabda – Lövhi-Məhfuzda olmasın.