Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 109

61

وَمَا تَكُونُ فِى شَأْنٍۢ وَمَا تَتْلُوا۟ مِنْهُ مِن قُرْءَانٍۢ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍ

(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qur’andan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!

Ey Peyğəmbər! Sən hansı bir işdə olsan, Quran­dan nə oxusan, ey möminlər! siz də nə iş gör­sə­niz, ba­şı­nız işə qarışar­kən Biz sizin nə etdiyiniz işi görər və dediyinizi eşidərik. Nə yerdə, nə də göydə zərrə qə­dər bir şey Rəbbinin elmindən gizli qal­maz. Bundan da­ha ki­çiyi və daha böyüyü yoxdur ki, o nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmılmış açıq-aydın kitabda – Lövhi-Məh­fuz­da ol­­masın.

62

أَلَآ إِنَّ أَوْلِيَآءَ ٱللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

Agah olun ki, Allahın övliya qullarının qarşılaşacaqları Qiyamət gününün dəhşətindən heç bir qorxusu yoxdur və eyni şəkildə dünyada ikən dünya xeyirlərini əldə edə bilmədikləri şeylər üçün də on­lar kədər­lən­məyəcəklər.

63

ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ

O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər -

Bu övliyalar, Allaha və Onun elçisi Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman gətirən, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qor­xan kimsələrdir.

64

لَهُمُ ٱلْبُشْرَىٰ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْءَاخِرَةِ ۚ لَا تَبْدِيلَ لِكَلِمَٰتِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi və’dlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!

Dünya həyatında, onları sevindirəcək gözəl yuxu, yaxud da insanların onları tərifləməsi kimi onlar üçün müjdə vardır, ruhları canlarından alınarkən, öldükdən sonra və məhşərdə mələklər tərəfindən də onlara bir müjdə vardır. Alla­hın onlara vəd etdiyinə əsla dəyişiklik olmaz. Bu mükafat, istədiklərinə nail olub, qorxduqları şeydən əmin olduqları üçün böyük xoşbəxtlikdir.

65

وَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًا ۚ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

(Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mə’nasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir!

Ey Peyğəmbər! Onların sənin dininə tənə və təhqir etmələri səni kə­dər­­lən­dir­məsin. Çünki qələbə sonda yalnız Allaha məxsusdur. Onu heç bir şey aciz edə bilməz. Allah onların sözlərini eşidəndir, əməllərini biləndir. O, hər bir kəsin etdiyi əməlin mükafatını verəcəkdir.

66

أَلَآ إِنَّ لِلَّهِ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ ۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

Bilin ki, göylərdə və yerdə kim (nə) varsa (mələklər, cinlər, insanlar – bütün canlılar, bütün məxluqat) hamısı Allahındır (Allahın quludur). Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar (çünki əslində heç kəs Allaha şərik olmağa layiq deyildir və ola bilməz). Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər.

Agah olun ki, göylərdə və yer­də olan­ mülkü bütünlüklə yalnız Allaha məxsusdur. Alla­hı qoyub başqa şərik­lərə yalvarıb-yaxaran müşriklər, görəsən nəyin ar­dın­ca ge­dirlər?! Həqiqətdə isə on­lar, yal­nız şəkk-şübhəyə uyur və yalandan Allaha şəriklər qərar verirlər. Allah isə onların dedikləri batil sözlərindən uca və böyükdür.

67

هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَسْمَعُونَ

Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda (Allah kəlamını) eşidənlər üçün (ibrətamiz) dəlillər vardır.

Ey insanlar! Gecəni, gündüzün məşəqqətindən rahatlanmanız üçün yara­dan, gündüzü də ru­zi qa­zan­­manız üçün səy göstərəsiniz deyə işıqlı edən tək olan Allahdır. Həqiqətən, bunda eşi­dib ibrət alan bir qövm üçün açıq-aydın dəlillər vardır.

68

قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًۭا ۗ سُبْحَٰنَهُۥ ۖ هُوَ ٱلْغَنِىُّ ۖ لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ إِنْ عِندَكُم مِّن سُلْطَٰنٍۭ بِهَٰذَآ ۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

(Müşriklər:) “Allah Özünə övlad götürdü!” dedilər. Allah pak və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda (Allahın Özünə övlad götürməsi barədə) sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?

Müşriklərdən bir qisimi: "Allah mələkləri Özünə qızlar gö­tür­müşdü!" – dedilər. Allah onların dedikləri bu sözdən pak­dır, mü­qəd­dəsdir! Allahın heç bir məxluqata ehtiyacı yoxdur. Göy­lər­in və yerin mülkü yalnız Ona məxsusdur. Ey müşriklər! dediyiniz bu sözə dair sizin heç bir də­liliniz yoxdur. Siz Allahın övladı olmasını deməklə, axı, niyə Alla­ha qarşı həqiqəti bil­mədiyiniz bir şeyi dəlil-sübutsüz söy­ləyir­siniz?!

69

قُلْ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ

(Ya Rəsulum!) De: “Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!”

Ey Peyğəmbər! Onlara de: "Şübhəsiz ki, Allaha qarşı ya­lan uyduraraq Onun övladı olduğunu idda edən kimsələr istədiklərinə nail olmaz və qorxduqları şeydən də canlarını qurtara bilməzlər!"

70

مَتَٰعٌۭ فِى ٱلدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ ٱلْعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُوا۟ يَكْفُرُونَ

(Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!

Onlar dünya naz-nemətləri ilə aldanmasınlar. Çünki dünya naz-nemətləri fanidir. Sonra Qiyamət günü onların dö­nüşü Bizədir. Sonra da Biz onların Allaha küfr edib və Onun elçisini yalançı hesab etdiklərinə görə, onlara şiddətli əzab dad­dı­rarıq!

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.