Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 109

51

أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓ ۚ ءَآلْـَٰٔنَ وَقَدْ كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ

O əzab gəldikdən sonramı ona inanacaqsınız? İndimi? Halbuki siz onun tez gəlməsini istəyirsiniz!”

Sizə vəd olunduğu əzab başınızın üstünü al­dıqdan sonramı ona iman gə­tirə­cək­siniz? Əvvəlcə iman gətirməmiş şəxsə sonrakı iman gətirməsi heç bir fayda verməz. Yox­sa siz indimi iman gətirirsiz? Siz ki, bundan əvvəl haqqı yalan sayaraq əzabın sizə tez bir zamanda gəlməsini istəyir­diniz!"

52

ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنتُمْ تَكْسِبُونَ

Sonra zülm edənlərə: “Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” – deyiləcək.

Onlar əzaba düçar olduqdan sonra oradan çıxmaqı istədikdə, onlara deyilə­cək­: "Dahın əbədi Cəhənnəm əzabını! Məgər siz ancaq etdiyiniz küfr və asiliklərə görə cəzalandırılmırsınızmı?"

53

۞ وَيَسْتَنۢبِـُٔونَكَ أَحَقٌّ هُوَ ۖ قُلْ إِى وَرَبِّىٓ إِنَّهُۥ لَحَقٌّۭ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ

(Ya Peyğəmbərim!) Səndən: “O (bizi qorxutduğun əzab və ya qiyamət günü) doğrudurmu?” – deyə xəbər alacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!”

Ey Peyğəmbər! Müşriklər səndən: "Bizə vəd etdiyin o əzab haqqdırmı?"– deyə soruşurlar. Onlara de: "Bə­li, Allaha and olsun ki, sizə vəd etdiyim haqqdır. Siz o əzabdan qaçıb ya­xa qurtara bilməyəcəksiniz".

54

وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍۢ ظَلَمَتْ مَا فِى ٱلْأَرْضِ لَٱفْتَدَتْ بِهِۦ ۗ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ ۚ وَهُمْ لَا يُظْلَمُونَ

Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz).

Əgər Allaha şərik qoşan insan yer üzün­də olan ən dəyərli mal-dövlətin hamısına sa­hib olsaydı, sonra da öz canını Allahın əzabından qurtarmaq üçün sahid olduğu bütün mal-dövlətini fidyə verməyə ona izin verilsəydi, o, müt­ləq canını əzab­­dan qur­tarmaq üçün sahib olduğu bütün dəyərli mal-dövlətin hamısına fid­yə ve­rər­di. Müşriklər qiyamət günü əzabı gördükdə, dünyada ikən etdikləri küfr əməllərinə görə peşman olduqlarını gizlətməyə çalışacaqlar. Allah onla­rın arasında əda­lətlə hökm ve­ri­lər və onlara əsla zülm edilməz. Qiyamət günü hər kəsə dünyada etdiyi əməlin müqabilini veriləcəkdir.

55

أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın və’di haqdır, lakin (kafirlərin) əksəriyyəti (bunu) bilməz!

Ağah olun ki, göylərdə və yer­də olan­ların hamısı yalnız Allahın mülküdür. Ağah olun ki, Alla­hın kafirlərə vəd etdiyi əzab haq­dır, bunda heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu bu­nu bilmədikləri üçün şəkkə qapanırlar.

56

هُوَ يُحْىِۦ وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ

Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız!

Uca Allah ölüləri dirildir, diriləri də öl­dürür. Siz qiyamət günü yalnız Onun hüzuruna qayta­rıla­caq­sınız. Allah da etdiyiniz əməllərinizin əvəzini verəcəkdir.

57

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌۭ مِّن رَّبِّكُمْ وَشِفَآءٌۭ لِّمَا فِى ٱلصُّدُورِ وَهُدًۭى وَرَحْمَةٌۭ لِّلْمُؤْمِنِينَ

(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir!

Ey insanlar! Rəbbiniz­dən sizə bir Quran gəlmişdir. O, möminlər üçün bir öyüd-nəsihət, qəlblərdə ola­na şəkk-şübhəyə, nifaqa bir şəfa və onlara doğru yol göstərəndir. O kitabda möminlər üçün rəhmət və mənfəət vardır.

58

قُلْ بِفَضْلِ ٱللَّهِ وَبِرَحْمَتِهِۦ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا۟ هُوَ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ

(Ya Rəsulum!) De: “Allahın ne’məti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!”

Ey Peyğımbər! İnsanlara de: "Sizə göndərilən bu Quran Allahın sizə olan lütfü və mər­hə­məti sayəsindədir!". Qoy onlar Allahın lütfünə və mərhəməti sayəsində özlərinə nazil edilən bu Qurana görə sevinsinlər. Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbi tərəfindən onlara gətirdiyi bu Quran, on­ların yığ­dıq­la­rı fani dünya malından qat-qat xeyir­li­dir.

59

قُلْ أَرَءَيْتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزْقٍۢ فَجَعَلْتُم مِّنْهُ حَرَامًۭا وَحَلَٰلًۭا قُلْ ءَآللَّهُ أَذِنَ لَكُمْ ۖ أَمْ عَلَى ٱللَّهِ تَفْتَرُونَ

De: “Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?”

Ey Peyğəmbər! O müşriklərə de: "Allahın sizə nazil et­diyi ru­zi barədə mənə söyləyin gö­rüm, siz bu ruzuləri öz istəklərinizə uyğun olaraq onun bəzilərini haram, bəzilərini isə halal say­dı­nız?" Onlara de: "Bu ruzilərdən bir qismini halal, bir qismini də haram etməyə Allah­ sizə izin verdi, yox­sa Allahın adından yalan danışırsız?"

60

وَمَا ظَنُّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ

Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara əzab verilməyəcəyinimi güman edirlər?) Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın ne’mətlərinə və mərhəmətinə) şükür etməz!

Allaha qarşı yalan uy­du­­ranların qiyamət günü onlara əzab olacaqları barədə fi­kir­ləri nədir? Yoxsa Allah onları bağışlayacağınımı zənn edirlər?! Həqiqətən, Allah insanlara möhlət verməklə və onlara əzab verməyə tələsməməklə onlara qarşı lütf­kardır, la­kin insanların çoxu Allahın onlara bəxş etdiyi nemətləri inkar edib, Allaha şükür etmirlər.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.