Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 109

41

وَإِن كَذَّبُوكَ فَقُل لِّى عَمَلِى وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعْمَلُ وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تَعْمَلُونَ

Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!”

Ey Peyğəmbər! Əgər qövmün səni yalançı saysa, onlara de: "Mənim etdiyin yaxşı əməllər mənim leyhimə, günah əməllərimdə mənim əleyhimədir. Sizin də yaxşı əməlləriniz sizin leyhinizə, günah əməlləriniz də sizin əleyhinizədir. Siz mənim etdiyim əməl­­lərin cəzasından uzaq olduğunuz kimi, mən də sizin et­­di­yi­niz əməl­lərin cəzasından uzağ­am".

42

وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ ۚ أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ وَلَوْ كَانُوا۟ لَا يَعْقِلُونَ

Onların içərisində (Qur’an oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) də vardır. (Onun) ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə bilcəksən?!

Ey Peyğəmbər! Müşriklərdən sən Quran oxuduğun zaman Onu qəbul etmədən səni dinləyən­lər də var­dır. Məgər sən karlara haqqı eşitdirməyə qadirsənmi? Sən, haqqı eşitməyən və onu anlamayan kimsələri əsla doğru yola gətirə bilməzsən.

43

وَمِنْهُم مَّن يَنظُرُ إِلَيْكَ ۚ أَفَأَنتَ تَهْدِى ٱلْعُمْىَ وَلَوْ كَانُوا۟ لَا يُبْصِرُونَ

Onların içərisində sənə baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, mö’cüzələri görənlər də) vardır. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!

Müşriklərdən bəsirət gözləri ilə olmasa da zahiri gözləri ilə baxıb səni dinləyənlər də vardır. Məgər sən korlara haqqı eşitdirməyə qadirsənmi?! Xeyir, sən buna və həmçinin kor bir kimsəni haqqa yönədməyə qadir deyilsən!

44

إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ ٱلنَّاسَ شَيْـًۭٔا وَلَٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ

Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!

Şübhəsiz ki, Allah insanlara zülm etməkdən uzaqdır. O, insanlara zərrə qədər də olsa zülm etməz, lakin insanlar günahlara, batilə, təkəbbürliyə və inadkarlığa meyil edərək özləri özlərinə zülm edirlər!

45

وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةًۭ مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُوا۟ مُهْتَدِينَ

(Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün (qiyamət günü) onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər.

Allah qiyamət günü insanları haqq-hesab üçün bir yerə top­la­yacağı gün, sanki onlar dünya həyatlarında və yaxud qəbirlərində gün­düzün ancaq bir saatını yaxud da bundan da daha az bir müddət qalmışlar kimi, o gün bir-birlərini ta­nı­yacaqlar sonra qiyamətin dəhşətindən sanki bir-birlərini tanımırlar kimi bir-birlərindən uzaq duracaqlar. Qiyamət günü Allahla qar­şı­laşacaqlarını yalan sayan­lar mütləq zi­ya­na uğrayacaq­lar. On­lar dünyada ikən qəbirlərindən dirilib çıxacaqları günə inanmadıqları üçün canlarını Allahın əzabından qurtara bilmədilər.

46

وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفْعَلُونَ

(Ya Rəsulum! Kafirlərə) və’d etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək də, yaxud (ondan əvvəl) səni axirətə qovuşdursaq (canını alsaq) da, bil ki, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir!

Ey Peyğəmbər! Biz sən ölməzdən əvvəl onlara vəd etdiyimiz əza­bın bəzisini sənə göstərsək və ya­xud da gös­tərmədən öncə səni öldürsək, Qiyamət günü hər iki halda yenə də onların dö­nüşü Bi­zə­dir. Sonra da Allah onların nələr etdiyini özlərinə xəbər verəcək, Ona heç bir şey qizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin əvəzini verəcəkdir.

47

وَلِكُلِّ أُمَّةٍۢ رَّسُولٌۭ ۖ فَإِذَا جَآءَ رَسُولُهُمْ قُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ

Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!

Hər bir keçmiş ümmətin özlərtinə göndərilən bir elçisi var­dır. El­çiləri Allahın onlara təbliğ etməsini əmr etdiyi hökmləri xəbər verib, onlarda elçiləri yalan saydıqda bu zaman onlarla elçiləri ara­sında əda­lət­lə hökm ve­rilər, Allah Öz lütfü ilə elçiləri xilas edər və Öz ədaləti ilə, elçiləri yalan sayan qövmü məhv edər. Qiyamət günü onlara əməllərinə görə cəza verilidikdə onlara əsla zülm edil­məz.

48

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ

(Kafirlər:) “Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu və’d etdiyiniz qiyamət (və ya əzab) nə vaxt olacaq?” – deyə soruşarlar.

Kafirlər inadkarlıq edib müsəlmanları təhdid edərək deyirlər: "Əgər iddanızda doğrusunuzsa, elə isə bizə vəd etdiyiniz bu əzab nə zaman gələcəkdir?"

49

قُل لَّآ أَمْلِكُ لِنَفْسِى ضَرًّۭا وَلَا نَفْعًا إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَآءَ أَجَلُهُمْ فَلَا يَسْتَـْٔخِرُونَ سَاعَةًۭ ۖ وَلَا يَسْتَقْدِمُونَ

(Ya Rəsulum!) De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”.

Ey Peyğımbər onlara de: "Allahın istədiyin­dən başqa, mən özümə nə bir zə­rər, nə bir xeyir, nə də bir mənfəət verməyə qa­di­rəm. Belə olduğu təqdirdə, mən qeybi necə bilə bilərəm?! Allah hər bir ümməti məhv etmək üçün müəyyən bir vaxt təyin etmişdir. Bu vaxtı yalnız Allah bilir. On­ları məhv etmək üçün vaxt gəlib yetişdikdə, əzab onlardan bircə saat belə nə yu­ba­nar, nə də qa­ba­ğa keçə bilər­".

50

قُلْ أَرَءَيْتُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُهُۥ بَيَٰتًا أَوْ نَهَارًۭا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ ٱلْمُجْرِمُونَ

De: “Bir deyin görək. Əgər (Allahın) əzabı sizə gecə, yaxud gündüz gəlsə (nə edərsiniz)! Günahkarlar buna (əzabın gəlməsinə) niyə tələsirlər?

Ey Peyğəmbər! Allahın əzabına tələsənlərə de: "Söylə­yin görüm, əgər Allahın əzabı sizə gecə, ya­xud gün­düzün hər hansı bir vaxtı gələ­cəksə, bu zaman on­lar bu əzabdan hansını tez gəlməsini istəyəcəklər?

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.