Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 109

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْحَكِيمِ

Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Qur’anın) ayələridir!

﴾Əlif. Ləm. Ra﴿. Bəqərə surəsinin əvvəlində bu ayəyə bənzər, ﴾Əlif. Ləm. Mim﴿ ayəsini təfsir edərkən, belə ayələrin təfsiri barədə ətraflı izah verilmişdir. Yunus surəsində oxunan bu ayə, özündə hikmət və əhkamları əhatə etmiş, Quranın əslini, əsasını təşkil edən, möhkəm, mənası aydın, hökmü bəlli olan, Quran ayəsidir.

2

أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَآ إِلَىٰ رَجُلٍۢ مِّنْهُمْ أَنْ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ ٱلْكَٰفِرُونَ إِنَّ هَٰذَا لَسَٰحِرٌۭ مُّبِينٌ

İçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” – deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!” dedilər.

Məgər insanlara Allahın əzabından çəkinməyi əmr edən, özlərindən olan bir kişiyə vəhy etməyimiz onlara doğurdanmı qə­ribə gö­rün­dü? Ey Peyğəmbər! Allaha iman gətirən kimsələrə onları sevindirəcək şeylərlə müjdələr ver. Dünyada ikən etdikləri saleh əməllərin mükafatı olaraq onları Rəb­bi yanında yüksək dərəcələr gözləyir­. Kafirlər isə: "Şübhəsiz ki, bu, ayələrlə gələn adam, açıq-aşkar bir sehr­bazdır!" – de­di­lər.

3

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ يُدَبِّرُ ٱلْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعْدِ إِذْنِهِۦ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ

Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?

Ey təəccüblənən kimsələr! Şübhəsiz ki, əzəmətli göy­ləri və geniş ye­ri altı gündə yaradan, son­ra da ərşin üzərində uca­lan Rəbbiniz olan Allahdır. Belə olduğu bir halda axı siz, Allanın özünüzdən olan bir kişiyə vəhy nazil etməsinə nə üçün təəccüb edirsiniz?! Geniş mülkündə istədiyini edən və istədiyi hökmü verən də Odur. Allah yanında şəfaət ediləcək kimsə üçün Allahın izni və razılığı olmadan kimsə şəfaətçi ola bilməz. Bu sifətlərə malik olan sizin Rəbbi­niz Allahdır. Elə isə siz yalnız Ona ibadət edin. Məgər siz Allahın təkliyinə dəlalət edən bu dəlil və sübutlardan sonra dü­şü­nüb ibrət al­mırsınızmı? Kim, azacıq da olsa düşünərsə, bunlardan ibrət alar və Allaha iman gətirər.

4

إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًۭا ۖ وَعْدَ ٱللَّهِ حَقًّا ۚ إِنَّهُۥ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ بِٱلْقِسْطِ ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ شَرَابٌۭ مِّنْ حَمِيمٍۢ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ

Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan və’didir. (Hamınız Onun hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab gözləyir!

Dünyada etdiyiniz əməllərin müqabilini almaq üçün Qiyamət günü hamı­nı­zın dönüşü yalnız Ona­dır. Bu, Allahın insanlara olan bir vədidir. Allah vədinə əsla xilaf çıxmaz, çünki O, buna qadirdir. O, məx­luqu ilk də­fə misilsiz olaraq, heç vaxt belə bir yaradılış olmadan yaratmış və öldükdən sonra da onu Qiyamət günü ye­ni­­dən dirildir ki, uca Allah saleh əməl­lər edən­ləri yaxşı əməllərindən əksildilmədən və günahkarlarında günahlarını artırılmadan əda­lətlə müka­fat­landırsın. Allah və Onun elçisinə küfr edənlərə gə­lin­cə, etdikləri əməllərə görə onlar üçün bağırsaqlarını parça-parça edən, olduqca qaynar su və ağrılı-acılı bir əzab hazır­lan­mışdır.

5

هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءًۭ وَٱلْقَمَرَ نُورًۭا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلْحَقِّ ۚ يُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ

Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!

Günəşi parlaq, hər bir tərəfə işıqsaçan, ayı nurlu edən, onun səmada seyir etməsini, iyirmi səkkiz mənzilinin sayı qədər müəy­yən edən Odur. Mənzil sözü ərəb dilində, bir gün gecə və gündüz yol gedilən məsafəyə deyilir. Ey insanlar! Allah, günəş ilə günlərin, ay ilə ayların və illərin sayını bilməniz üçün belə etdi. Allah Öz qüc-qüvvətini insanlara göstərmək üçün göyləri, yeri və onların arasında olan hər bir şeyi ancaq haqq olaraq yaratmışdır. Allah, Onun təkliyinə dəlalət edən açıq-aydın bu dəlil və sübutlarını bilən kimsələrə belə izah edər.

6

إِنَّ فِى ٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَّقُونَ

Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut edən) dəlillər vardır.

Doğrudan da, insanlar üzərində gecə ilə gün­düzün, zülmət ilə nurun bir-birini əvəz etməsin­də, onlardan bəzilərinin bəzən qısa, bəzilərinində isə bəzən uzun olmasında, həmçinin göylərdə və yerdə olan məxluqatda, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qor­xan adam­lar üçün Allahın qüdrətinə dəlalət edən əlamətlər var­dır.

7

إِنَّ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا وَرَضُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱطْمَأَنُّوا۟ بِهَا وَٱلَّذِينَ هُمْ عَنْ ءَايَٰتِنَا غَٰفِلُونَ

Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların -

Şübhəsiz ki, Allahla qar­şı­laşa­caq­la­rına ümid edərək Ondan qorxub, Allaha itaət etməyən­lərin, əbədi qalacaq axirət həyatını fani dün­ya həya­tı ilə dəyişməyə razı qa­lıb onun­la rahatlıq taparaq, sevinənlərin və Allahın ayələ­ri­n­dən və açıq-aydın dəlillərindən üz çevirib bunlara səhlənkar yanaşanların –

8

أُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُوا۟ يَكْسِبُونَ

Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!

Yalnız bu vəsflərə sahib olan kimsələrin Allaha küfr etdib və axirət gününü təkzib etdiklərinə görə qərar tutacaqları yer Oddur.

9

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَٰنِهِمْ ۖ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ

İman gətirib yaxşı işlər görənlərin Rəbbi iman gətirdiklərinə görə hidayətə (Cənnətə) qovuşdurar. (Bol ne’mətli) Nəim cənnətlərində onların (qəsrləri, köşkləri) altından çaylar axar. [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından çaylar axan Nəim cənnətlərinə yol göstərər].

Allah, Ona İman gətirib saleh əməl­lər edən­ kimsələri imanla­rı­na görə, Onu razı salacaq saleh əməllər etməyə yönəldər. Sonra da Qiyamət günü onların ayaq­ları al­tından çay­lar axaran, əbədi qalacaqları Nəim cən­nətlərinə daxil edər.

10

دَعْوَىٰهُمْ فِيهَا سُبْحَٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَٰمٌۭ ۚ وَءَاخِرُ دَعْوَىٰهُمْ أَنِ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

Onların oradakı (mö’minlərin Cənnətdəki) duası: “Pərvərdigara! Sən paksan, müqəddəssən!”, orada salamlaşması: “Salam!” duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir.

Möminləri Cənnətdəki duası Alla­hın şəninə təqdis edib, Onu pak və uca tutmaqdan ibarətdir. Orada onları Allah və mələklərinin və həmçinin bir-birlərini sa­lamlaması: "Salam!" sözü və dualarının so­nu: "Həmd sənalar bütün bəşəriyyətin Rəbbi olan Allaha məxsusdur!" söz­ləri olacaqdır.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.