Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 109

31

قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أَمَّن يَمْلِكُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَمَن يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَمَن يُدَبِّرُ ٱلْأَمْرَ ۚ فَسَيَقُولُونَ ٱللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ

(Ya Rəsulum!) De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?”

Ey Peyğəmbər! Allaha şərik qoşan o müşriklərə de: "Göydən yağmur endirərək sizə ruzi verən kimdir? Yerdən birki və yaxud yerin altındakı sərvətləri üzə çıxararaq sizə yerdən ruzi verən kimdir? Nütfədən insan, yumurtadan da quş çıxardığı kimi, ölüdən diri, canlıdan nütfə, quşdan da yumurta çıxardığı kimi, ölüdən diri çıxaran kimidir? Göyləri, yeri idarə edib və onların arasında olan bütün məxluqatın iş­lərini yoluna qoyan kimdir?" Onlar sənə: "Bütün bunların hamısını edən: "O, Allahdır!" – deyəcək­lər: Ey Peyğəmbər! Elə isə onlara de: "Məgər siz bunu anlamırsınız? Belə olduğu təqdirdə, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxmayacaqsınızmı?!

32

فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلْحَقُّ ۖ فَمَاذَا بَعْدَ ٱلْحَقِّ إِلَّا ٱلضَّلَٰلُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ

O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?”

Ey insanlar! Bunların hamısını edən, sizi yaradan, işlərinizi yoluna qoyan Haqq olan Allah­dır. Haqqı bildikdən sonra ondan uzaq düşüb, zə­la­lət­ə yönəlməkdən baş­qa nə ola bilər?! Axı, bu açıq-aydın haqqı görüb, sonra necə onu qəbul etmirsiniz?!

33

كَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓا۟ أَنَّهُمْ لَا يُؤْمِنُونَ

(Allahın itaətindən çıxmış) fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü (hökmü) belə kerçək oldu. (Və ya: fasiqlər iman gətirməyəcəkləri üçün Rəbbinin hökmü-cəzası onlara belə vacib oldu).

Ey Peyğəmbər! Allahın həqiqi Rəbb olduğu beləcə isbat edildiyi kimi, inadkarlıq edib, Allahın itaətindən çıxmış kimsələrin iman gətirməyəcəkləri üçün, Rəbbinin əzəldən yazdığı hökmü onlara belə vacib oldu.

34

قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۚ قُلِ ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

(Ya Rəsulum!) De: “Allaha qoşduğunuz şəriklər işərisində məxluqu (insanları) yoxdan yaradan, sonra onu (öldürüb qiyamət günü haqq-hesab üçün yenidən həyata) qaytara bilən bir kəs varmı?” De: “Allah məxluqu yoxdan yaradır, (öldükdən) sonra onu (yenidən dirildib əvvəlki halına) qaytarır. Elə isə (haqdan) necə döndərilirsiniz?”

Ey Peyğəmbər! O müşriklərə de: "Allahdan başqa ibadət etdiyiniz şəriklər­ arasında məxluqatı misilsiz yaratmağa, öldükdən sonra da onu əvvəlki halına qay­tarmağa qadir olan varmı?!" Sən onlara de: "Məxluqatı misilsiz yaratmağa, öldükdən sonra da onları əvvəlki halına qay­tarmağa yalnız Allah qadirdir. Ey müşriklər! Ssiz necə də haq­dan batilə dön­dərilirsiniz!"

35

قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ ۚ قُلِ ٱللَّهُ يَهْدِى لِلْحَقِّ ۗ أَفَمَن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّىٓ إِلَّآ أَن يُهْدَىٰ ۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

De: “Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?” (Sənə cavab verə bilməyən müşriklərə) de: “Allah (insanları) haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”

Ey Peyğəmbər! Onlara de: "Allahdan başqa ibadət etdiyiniz şə­rik­lər­ arasında haqqa yönəl­dən bir kimsə var­mı?" De: "Haqqa yalnız Allah yönəldir. Elə isə de­yin görək insanları haq­qa yö­nəldib, ona dəvət edən kəs arxasınca ge­dilməyə daha çox la­yiq­dir, yox­sa başqası ona doğru yol göstərmədikcə özü də onu tapa bilmə­yən kəs? Sizə nə olub ki, onların Allahın şərikləri olduğunu idda etməklə necə də batil ilə mü­hakimə edir­si­niz? Allah sizin dediklərinizdən Uca və Böyükdür!"

36

وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ

Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!

Müşriklərin əksəriyyəti yalnız bilmədikləri şeyə qapılar və şəkk-şübhə ardınca gedərlər. Şübhəsiz ki, şəkk-şübhə hə­qiqətin yerini heç cür əvəz edə bil­məz. Allah onların nə etdiklə­rini bilir və etdikləri əməllər Allaha gizli qalmır. Allah hər bir kəsin etdiyi əməlin müqabilini verəcəkdir.

37

وَمَا كَانَ هَٰذَا ٱلْقُرْءَانُ أَن يُفْتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ ٱلْكِتَٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَٰلَمِينَ

Bu Qur’an Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula bilməz). Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!

İnsanlar Quran mislində bir kitab gətirməyə aciz olduqları üçün bu Quranın baş­qa bir kimsə tərəfindən uy­durulub, Allaha nisbət edilməsi yalnışdır. La­kin o, özün­dən əvvəl­kil səmavi kitabları təs­diq­lə­yən, o kitablarda müxtəsər izah edilmiş hökmləri mü­fəssəl izah edən və məxluqatın Rəb­bi olan pak və uca Allah tərəfindən na­zil edilmiəsinə heç bir şəkk-şübhə ol­ma­yan bir kitabdır.

38

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِسُورَةٍۢ مِّثْلِهِۦ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ

Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qur’ana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!”

Olmaya müşriklər: "Muhəmməd (sallallahu aleyhi və səlləm) bu Quranı özündən uydurub, sonra da Onu Allaha nisbət etmişdir?!"– deyirlər. Ey Peyğəmbər! Onlara de: "Əgər mən bu Quranı özümdən uydurmuşamsa, mən də sizin kimi bir insanam, elə isə ona bənzər bir surə də siz gə­tirin və Quranın bəşər tərəfindən uydurulmuş bir kitab olduğu iddanızda doğrusunuzsa, o zaman Allahdan başqa, ki­mi bacarırsı­nızsa, bu işdə sizə yardım etməyə çağı­rın! Siz bunu əsla bacara bilməzsiniz. Ey bəlağət və fəsahət sahibləri! Sizin buna qadir olmamanız bu Quranın həqiqətən də Uca Allah tərəfindən nazil edilən bir kitab olduğuna dəlildir!"

39

بَلْ كَذَّبُوا۟ بِمَا لَمْ يُحِيطُوا۟ بِعِلْمِهِۦ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُۥ ۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ

Xeyir, o kafirlər elmini qavraya bilmədikləri və hələ yozumu (müşriklərə, kafirlərə və’d edilmiş əzab) onlara gəlib çatmamış Qur’anı yalan hesab etdilər. Onlardan əvvəlkilər də (Allahın əmrlərini, ilahi kitabları, öz peyğəmbərlərini) təkzib etmişdilər. Bir gör zalımların axırı necə oldu!

Onlar bu çağırışa cavab vermədilər. Əksinə, Quranı anlayıb, başa düşməzdən və özlərinə vəd edilmiş əzabın gəlməsinə az qalmış, əzab onlara gəlməzdən əvvəl Onu təkzib etməyə tələsdilər. Onların təkzib etdikləri kimi, özlərindən əv­vəlki ümmətlər də təkzib et­miş­di­lər. Məhz elə buna görə də onların başına gələn bəla, özlərinin də başına gəldi. Ey Peyğəmbər! Bir bax, təkzib edən ümmətlərin aqi­bəti necə oldu! Artıq Allah onların hamısını məhv etmişdir.

40

وَمِنْهُم مَّن يُؤْمِنُ بِهِۦ وَمِنْهُم مَّن لَّا يُؤْمِنُ بِهِۦ ۚ وَرَبُّكَ أَعْلَمُ بِٱلْمُفْسِدِينَ

(Kafirlər) içərisində ona (Qur’ana) inanan da var, inanmayan da. Rəbbin fitnə-fəsad tö’rədənləri daha yaxşı tanıyandır!

Müşriklər arasında ölməzdən əvvəl Qurana ina­nacaq insanlar da var, ölənə qəbər inadkarlıq və təkəbbürlük edərək inanma­yan­lar da. Ey Peyğəmbər! Rəb­bin küfr əməllərdə israrla davam edən kimsələri daha yaxşı ta­nıyır. Allah onların etdikləri küfr əməllərə görə cəzalarını verəcəkdir.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.