Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 109

21

وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةًۭ مِّنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌۭ فِىٓ ءَايَاتِنَا ۚ قُلِ ٱللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ

İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar!

Müşriklərə üz verən quraqlıq və çətinlikdən sonra yağış, bərəkət və ya bolluq dad­dır­dığımız za­man onlar ayə­ləri­mizə istehza edib, təkzib edərlər. Ey Peyğəmbər: O müşriklərə de: "Allah daha tez hiylə quran və sizə tez bir zamanda əzab verməyə qadir olandır". Şüb­həsiz ki, onların əməllərini yazan mələklər qurdu­qları hiylələrin hamısını, heç bir naqislik edilmədən əməl dəftərlərinə ya­zır­lar. Axı bu Allaha necə gizli qala bilər?! Allah onların qurduqları hiyləyərinə görə cəzalarını verəcəkdir.

22

هُوَ ٱلَّذِى يُسَيِّرُكُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۖ حَتَّىٰٓ إِذَا كُنتُمْ فِى ٱلْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍۢ طَيِّبَةٍۢ وَفَرِحُوا۟ بِهَا جَآءَتْهَا رِيحٌ عَاصِفٌۭ وَجَآءَهُمُ ٱلْمَوْجُ مِن كُلِّ مَكَانٍۢ وَظَنُّوٓا۟ أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ

Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”

Ey İnsanlar! Sizi quruda ayaqlarınız yaxud miniyiniz üzərində gəzdirən və dənizdə gəmilərlə hərə­kət etdirən Allahdır. Siz dənizdə ikən gə­mi­lərdə oldu­ğu­nuz, gəmilər də içində­ki­ləri xoş bir küləklə üzüb getdiyi və onlar bu xoş küləyin əsməsinə sevin­dikləri za­man bir­dən güclü külək əsib dənizdə fırtına qo­par və dalğalar hər yan­dan onların üs­tünə gələr. Dal­ğala­rın onları bürüyüb həlak edəcəyini yəqin et­dikdə isə, tək Allaha, Ona heç bir şeyi şərik qoşmadan, ixlasla yalvarıb-yaxarıb deyər­lər: "Əgər bizi təhlükəli bəladan xilas etsən, biz mütləq, bizə bəxş etdiyin nemətlərə görə sənə şükür edən­lər­dən olarıq".

23

فَلَمَّآ أَنجَىٰهُمْ إِذَا هُمْ يَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۗ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰٓ أَنفُسِكُم ۖ مَّتَٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik.

Allah onların dualarına cavab verib, düşdükləri təhlükədən xilas etdik­də isə onlar yer üzündə küfr, asilik və günahlar edərlər. Ey in­sanlar! Ayılın, bilin ki, etdiyiniz günahlar yal­nız si­zin öz əley­hi­nizədir. Sizin günahlar etməniz, Allaha heç bir zərər verməz. Siz günahlar etməklə bu fani dün­ya həyatında zövq alırsınız. Sonra isə Qiyamət günü dö­nü­şünüz yalnız Bizə ola­caq, Biz dünyada ikən etdiyiniz günahları sizə xəbər ve­rə­cək və hər bir kəsin əməlinin mükafatını verəcəyik.

24

إِنَّمَا مَثَلُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ مِمَّا يَأْكُلُ ٱلنَّاسُ وَٱلْأَنْعَٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلْأَرْضُ زُخْرُفَهَا وَٱزَّيَّنَتْ وَظَنَّ أَهْلُهَآ أَنَّهُمْ قَٰدِرُونَ عَلَيْهَآ أَتَىٰهَآ أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًۭا فَجَعَلْنَٰهَا حَصِيدًۭا كَأَن لَّمْ تَغْنَ بِٱلْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَتَفَكَّرُونَ

Həqiqətən, (ne’mətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadır olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!

Zövq aldığınız bünya həyatının qısa bir müddətdə sürətlə fani olmasının misalı göy­dən düşən yağışın misalına bənzəyir ki, onun sa­yə­sində insanların yediyi meyvə yaxud dənli bitkilərə və hey­van­ların yediyi otlara qatışar. Nə­hayət, yer öz bərbə­zəyinə bürü­nüb, rəngarəng bitkiləri ilə gözəl görsəndiyi və sakin­ləri onun məh­sulunu yığma­ğa qa­dir ol­duq­larını güman et­dikləri za­man onların məhv olması əm­ri­miz yerə yetişər. Biz onu məhsulunu, sanki yaxın bir vaxtda ağaclar və bitkilərlə göz oxşayan məh­­sulun olmamış kimi bir hala gətirərik. Biz sizə bünya həyatının qısa bir müddətdə sürətlə fani olmasının bəyan etdiyimiz kimi, dəlillərimizi də düşünüb ibrət alan bir qövm üçün belə­cə izah edirik!

25

وَٱللَّهُ يَدْعُوٓا۟ إِلَىٰ دَارِ ٱلسَّلَٰمِ وَيَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır!

Allah bütün bəndələrini, hər bir qəm-qüssədən uzaq, müsibətdən salamat və heç bir zaman ölüm olmauan əmin-amanlıq yur­duna – Cənnətə çağırır. Allah bəndələrindən kimi istə­yirsə, bu əmin-amanlıq yur­duna aparan İslam dininə müvəffəq edir!

26

۞ لِّلَّذِينَ أَحْسَنُوا۟ ٱلْحُسْنَىٰ وَزِيَادَةٌۭ ۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌۭ وَلَا ذِلَّةٌ ۚ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!

Allahın özlərinə əmr etdiyi ibadətləri yerinə yetirib, qadağan etdiyi haramlardan uzaq duraraq yaxşı iş görənlər üçün ən yaxşı mükafat, Cənnət mükafatı və bundan da üstünü - Allaha baxmaq vardır. Onların üzü­nü nə bir qu­bar, nə də bir zillət, nə də ki, rəzalət bü­rüyər. Bu yaxşı əməl sahibləri Cənnət sakin­ləri­dir­lər və onlar ora­da əbədi qa­lacaq­lar.

27

وَٱلَّذِينَ كَسَبُوا۟ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةٍۭ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌۭ ۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍۢ ۖ كَأَنَّمَآ أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًۭا مِّنَ ٱلَّيْلِ مُظْلِمًا ۚ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!

Allah, küfr və asiliklər edərək pis işlər görənlərə axirətdə, etdikləri pis­­liyin cə­zasını yalnız onun misli qədər ve­rər. Onların üzlərini zillət və rəzalət bürüyər. Allah onlara əzab göndərdiyi zaman Allahın əzabından onları qoruya biləcək bir kimsə tapılmaz. Cəhənnəm atəşinin şiddətli hərarətindən və tüstüsündən onların üz­ləri sanki zülmət gecənin par­çalarına bü­­rünər. Belə sifətlərə sahib olan kimsələr Cəhənnəm sakinləridir­ və onlar orada əbədi qalacaqlar.

28

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا۟ مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ

O gün onların hamısını (haqq-hesab çəkmək üçün bir yerə) yığacaq, sonra müşrikləri: “Siz də, Allaha qoşduğunuz şərikləriniz (bütləriniz) də yerinizdə durun!” – deyəcək və onları (bir-birindən, yaxud başqalarından) ayıracağıq. Şərikləri (bütlər) dilə gəlib deyəcəklər: “Siz bizə ibadət etmirdiniz”.

Ey Peyğəmbər! Biz Qiyamət günü bütün məxluqatın hamısını bir yerə toplayacaq, sonra da dünyada ikən Allaha şərik qoşan müş­rik­lərə: "Ey müşriklər! Siz də, dünyada ikən Allahı qoyub Ona şərik qoşaraq ibadət etdiyiniz şərik­ləri­niz də öz yeri­nizdə qalın!" – de­yə­cəyik. Biz məhz o gün ibadət edənlərlə, ibadət edilənlərin arasını ayıraca­ğıq. O zaman ibadət edilənlər, onlara ibadət edənlərdən uzaq duraraq belə deyəcək­lər: "Siz dünyada bizə iba­dət et­mirdiniz".

29

فَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَٰفِلِينَ

Sizinlə bizə aramızda təkcə Allahın şahid olması yetər. Biz (eşitməz, görməz və duymaz olduğumuz üçün) sizin bizə ibadət etməyinizdən xəbərsiz idik!”

Bu zaman Allahdn başqa ibadət etdikləri bütləri onlardan uzaq duraraq onlara: "Allaha şahiddir. Onun şahid olması bizə kifayət edər. Biz sizin, bizə ibadət etmənizə razı olmadıq, bizə ibadət etmənizidə əmr etmədik və heç sizin bizə ibadət etmənizidə hiss etmədik" – deyəcəklər.

30

هُنَالِكَ تَبْلُوا۟ كُلُّ نَفْسٍۢ مَّآ أَسْلَفَتْ ۚ وَرُدُّوٓا۟ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub düzəltdikləri bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar.

Allah əzəmətli məhşər günü hər kəsə dünya həyatında tö­rətdiklərini xəbər verəcəkdir. Müşriklər isə haqq-hesaba çəkilmək üçün Haqq olan Rəbbinin hüzuruna qaytarılacaq­, onlara şəfaətçi olacağını iddia etdikləri bütləri isə on­lardan uzaqlaşacaqlar.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.