وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةًۭ مِّنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌۭ فِىٓ ءَايَاتِنَا ۚ قُلِ ٱللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ
İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar!
Müşriklərə üz verən quraqlıq və çətinlikdən sonra yağış, bərəkət və ya bolluq daddırdığımız zaman onlar ayələrimizə istehza edib, təkzib edərlər. Ey Peyğəmbər: O müşriklərə de: "Allah daha tez hiylə quran və sizə tez bir zamanda əzab verməyə qadir olandır". Şübhəsiz ki, onların əməllərini yazan mələklər qurduqları hiylələrin hamısını, heç bir naqislik edilmədən əməl dəftərlərinə yazırlar. Axı bu Allaha necə gizli qala bilər?! Allah onların qurduqları hiyləyərinə görə cəzalarını verəcəkdir.