Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 109

11

۞ وَلَوْ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسْتِعْجَالَهُم بِٱلْخَيْرِ لَقُضِىَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!

Əgər Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda özlərinə, övladlarına və var-dövlətlərinə qarşı etdikləri bəd duaları da dərhal qəbul etsəydi, onları çoxdan məhv edərdi. Lakin Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər. Bi­zim­lə – Allahın əzabından qorxub, Allah yanında olan savaba ümüd etmədikləri üçün – qarşı­la­şacaqlarına inanmadıqlarına görə, hesab günü onları azğınlıqları için­də özünü itirmiş, çaşıb qalmış bir halda tərk edərik.

12

وَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوْ قَاعِدًا أَوْ قَآئِمًۭا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمْ يَدْعُنَآ إِلَىٰ ضُرٍّۢ مَّسَّهُۥ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ

İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.

Günah etməkdə özünə zülüm edəm insana bir xəstəlik yaxud bir bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da o xəstəliyin və ya bəlanın aradan qaldırılması üçün, zəlil halda və yalvararaq Bizə dua edər. Biz onun duasına cavab verib bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi üz çevirib gedər. Üz çevirib gedən bu inadkar insana özlərinin zəlalətdə qalıb, günahlarda davam etmələri onlara əməlləri gözəl göstərildiyi kimi, küfr etməklə həddi aşanlara da etdikləri küfr və asi əməllər beləcə gözəl göstərildi. Onlar bu əməlləri əsla əl çəkməzlər.

13

وَلَقَدْ أَهْلَكْنَا ٱلْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا۟ ۙ وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ وَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ

Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar mö’cüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.

Ey müşriklər! Biz sizdən əvvəlki ümmətləri Allahın elçilərini yalan sayıb, günahlar etdiklərinə görə məhv etdik. Özlərinə göndərdiyimiz elçiləri on­la­ra, o elçilərin həqiqətən də, Allah tərəfində göndərilən elçilər olduğuna dəlalət edən açıq-aydın dəlillər gətir­dikləri hal­da, onlar, iman gətirməyə hazır olmadıqları üçün elçilərə iman gətirmədilər. Allah bu səbəbdən onları rəzil etdi və onlara iman gətirməyə müvəffəq etmədi. Biz o zalim ümmətləri cəzalandırtdığımız kimi, zaman və məkandan aslı olmayaraq onların yolunu tutub gedən hər bir gü­nahkar adam­ları belə cəzalandırırıq.

14

ثُمَّ جَعَلْنَٰكُمْ خَلَٰٓئِفَ فِى ٱلْأَرْضِ مِنۢ بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ

Onların ardınca yer üzünün varisləri sizi tə’yin etdik ki, görək özünüzü necə aparacaqsınız.

Ey insanlar! Biz Peyğəmbərləri yalan sayan ümmətləri məhv etdikdən sonra onların ardınca si­zin nə əməllər edəcəyinizi, yaxşı əməllər edib savab qazanacağınızı, yoxsa şər əməllər edib günah qazanacağınızı gö­rmək üçün sizi yer üzün­də xələflər təyin etdik.

15

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَاتُنَا بَيِّنَٰتٍۢ ۙ قَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا ٱئْتِ بِقُرْءَانٍ غَيْرِ هَٰذَآ أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِىٓ أَنْ أُبَدِّلَهُۥ مِن تِلْقَآئِ نَفْسِىٓ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۖ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ

(Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq–hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bundan ayrı bir Qur’an gətir və ya onu dəyişdir!” – deyərlər. Onlara de: “Mən onu özbaşına (istədiyim kimi) dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, (müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram”.

Allahın təkliyinə dəlalət edən açıq-aydın Quran ayələri on­lara oxun­duğu zaman Allahın əzabından qorxmayan, Onun savabına ümid etmə­yənlər və öldükdən sonra diriləcəklərini inkar edən kimsələr: "Ey Muhamməd! Bizə bütlərə ibadət etməyi qadağan etməyən, yaxud bizim nəfsimizin istəyinə uyğun olaraq bəzi və ya bütün ayələri dəyişdirilmiş başqa bir Quran gətir!" – deyərlər. Ey Peyğəmbər! Onlara de: "Mənim onu öz istəyimlə dəyişməyim düzgün deyil, mən onu əsla də­yiş­dirədə bilmərəm. Onu yalnız Allah istədiyi kimi dəyişə bilər. Mən yalnız Allahın mənə vəhy etdiyi ayələrə tabe oluram. Əgər mən sizin istəyinizi yerinə yetirib Rəbbimə asi olsam, böyük gü­nün, qiyamət gününün əza­bından qorxu­ram".

16

قُل لَّوْ شَآءَ ٱللَّهُ مَا تَلَوْتُهُۥ عَلَيْكُمْ وَلَآ أَدْرَىٰكُم بِهِۦ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًۭا مِّن قَبْلِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ

De: “Əgər Allah istəsəydi, mən onu sizə oxutmazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan (Qur’an nazil ediləndən) qabaq sizin aranızda (qırx il) ömür sürmüşəm. (Bu müddət ərzində məni doğru danışan bir adam kimi tanıyırsınız. Qırx yaşından sonra mən sizə necə yalan deyə bilərəm?) Məgər (Qur’anın mənim sözlərim deyil, məhz Allah kəlamı olduğunu) dərk etmirsinizmi?”

Ey Peyğəmbər! Onlara bele de: "Əgər Allah sizə Quran oxumağımı istə­məsəy­di, mən onu sizə oxuyub, çatdıra bilməzdim. Əgər Allah istəsəydi Quranı mənim vasitəmlə sizə öyrətməzdi. Mən axı qırx il si­zin ara­nızda ya­şa­mışam. Bu ilər ərzində mən nə oxumağı, nə də ki, yazmağı bacarmadım və bunu öyrənmək üçün heç bir səydə göstərmədim. Məgər siz ağılınızla düşünüb, mənə vəhy edilən bu Quranın mənim sözlərim deyil, əksinə, Allah kəlamı olduğunu bil­mirsinizmi?"

17

فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْمُجْرِمُونَ

Allaha iftira yaxan, Onun ayələrini yalan hesab edən adamdan daha zalım kim ola bilər? Günahkarlar nicat tapa bilməzlər!

Allaha qarşı yalan uydurandanda daha zalım kimsə yoxdur. Belə olduğu təqdirdə, axı mən Qurana qarşı iftira yaxıb, onu necə dəyişə bilərəm. Doğrudan da, Allaha qarşı iftira yaxaraq onun hüdudlarını aşan günahkarlar nicat tapıb, istədiklərinə nail ola bilməzlər.

18

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَٰٓؤُلَآءِ شُفَعَٰٓؤُنَا عِندَ ٱللَّهِ ۚ قُلْ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعْلَمُ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ

Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!”

Müşriklər Allahı qoyub öz­lə­­ri­nə nə bir zərər, nə də bir fayda ve­rə bilən, özlərindən uydurduqları batil bütlərə iba­dət edirlər. Haqq məbud isə istədiyi vaxt zərər və ya fayda verməyə qadir olandır. Müşriklər özlərinə haqq qazandıraraq ibadət etdikləri bütlər barədə: "Onlar Allah bizə günahlarımıza görə əzab verməsin deyə, Allahla bizim aramızda olan vasitəçilərimizdir!" – de­yir­lər. Ey Peyğəmbər! Onlara de: "Yoxsa Allaha göy­lərdə və yer­də Onun şəriki olmadığını bil­mə­diyi bir halda hər bir şeyi bilən Allaha Onun şəriki olduğunumu xəbər verir­si­niz? Allah müşriklərin batil və yalan sözlərindən uca və müqəddəsdır".

19

وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةًۭ وَٰحِدَةًۭ فَٱخْتَلَفُوا۟ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ

İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar. Əgər Rəbbin tərədindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (sorğu-sual və cəza qiyamətə saxlanılmasaydı), ixtilafda olduqları məsələlər barəsində aralarında dərhal hökm verilmişdi.

İnsanlar tək Allaha ibadət edən, Ona şərik qoşmayan, yalnız Allaha inanan vahid bir üm­mət idilər. Sonra onlardan bəziləri öz imanlarında sabit qaldı, bəziləridə Allaha küfr etdilər. Əgər Allah əzəl­dən aralarında ixtilafa düşdükləri şey barədə dünyada deyil, yalnız axirətdə hökm verecəyini söz verilməsəydi, ixti­lafa düş­dükləri şey barə­sin­də ara­la­rında elə dünyada hökm ve­rər, haqq yolda olanla zəlalətdə olanı bir-birindən ayırd edərdi.

20

وَيَقُولُونَ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۖ فَقُلْ إِنَّمَا ٱلْغَيْبُ لِلَّهِ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ

Müşriklər: “Barı, Peyğəmbərə (bizə dediklərinizin doğru olduğunu bilməyimiz üçün) Rəbbi tərəfindən bir mö’cüzə nazil ediləydi!” – deyirlər. Onlara belə cavab ver: “Qeyb (aləmi) ancaq Allaha məxsusdur. Elə isə (Allahın əzabını gözləyin). Doğrusu, mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!”

Müşriklər deyirlər: "Nə üçün Muhəmmədin, həqqətən də, göndərilən bir elçi olduğuna dəlalət edən Rəb­bin­dən ona bir möcüzə endi­ril­mə­yib?". Ey Peyğəmbər, onlara de: "Mövcüzənin endirilməsi qeybdir, qeybi bilmək isə ancaq Allaha məxsusdur. Elə isə istədiyiniz möcüzələrin edirilməsini gözləyin, şüb­hə­siz ki, mən də sizinlə bir­lik­də onu göz­ləyənlər­dənəm".

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.