Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–109 of 109

101

قُلِ ٱنظُرُوا۟ مَاذَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَا تُغْنِى ٱلْءَايَٰتُ وَٱلنُّذُرُ عَن قَوْمٍۢ لَّا يُؤْمِنُونَ

De: “Bir gör göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və (Allahın əzabı ilə qorxudan) peyğəmbərlər heç bir fayda verməz!

Ey Peyğəmbər! Səndən Allahın ayələri barədə soruşan müşriklərə de: "Göylərdə və yerdə Allahın təkliyinə və qüdrətinə dəlalət edən ayələri bir düşünün! Küfr əməllərdə israr etdikləri üçün iman gə­tir­məyə hazır olmayan kimsələrə ayələrin, dəlillərin və elçilərin göndərilməsi heç bir fayda verməz.

102

فَهَلْ يَنتَظِرُونَ إِلَّا مِثْلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِهِمْ ۚ قُلْ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ

Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri (başlarına gələn müsibətlər) kimi bir gün gözləyirlər!” De: “Gözləyin, doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

Yoxsa ayələri yalan sayan bu kimsələr, Allahın, yalan sayan əvvəlki ümmətlərə göndərmiş əzabının bənzərini onlarında göndərməyinimi göz­ləyirlər? Ey Peyğəmbər! Onlara de: "Elə isə, Allahın əzabını gözləyin! Şübhəsiz ki, mən də sizinlə bir­likdə Rəbbimin mənə verdiyi vədin gəlməsini gözləyən­lərdənəm".

103

ثُمَّ نُنَجِّى رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ حَقًّا عَلَيْنَا نُنجِ ٱلْمُؤْمِنِينَ

Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Mö’minləri (verdiyimiz və’də əməl edərək) belə xilas etmək Bizə vacibdir.

Sonra ayələrimizi yalan sayan kimsələrə əzabımızı göndərər, elçilərimizi və onlarla birgə Allaha iman gətirən mö­min­ləri o əzabdan xilas edərik və beləliklə də, iman gətirən kimsələrə qövmlərinə göndərilən əzab onlara toxunmaz. Biz o elçiləri və onlarla birgə iman gətirən möminləri əzabdan xi­las etdiyimiz kimi, Allahın elçisi Muhəmmədi (sallallahu aleyhi və səlləm) və ona iman gətirən mömiləri də əzabdan xilas etmək Bizim üzərimizdə vacib olan haqqdır.

104

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى شَكٍّۢ مِّن دِينِى فَلَآ أَعْبُدُ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنْ أَعْبُدُ ٱللَّهَ ٱلَّذِى يَتَوَفَّىٰكُمْ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ

De: “Ey insanlar! (Ey Məkkə müşrikləri!) Əgər mənim dinim bardəsində şübhəyə düşmüsünüzsə, (bilin ki) mən Allahı qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə mö’minlərdən olmaq əmr edilmişdir”.

Ey Peyğəmbər! De: "Ey insanlar! Əgər siz, mənim sizi dəvət etdiyim tövhid di­ni­mə, şəkk-şübhə edirsinizsə, bilin ki, məndə sizin dininizin batil bir din olduğuna yəğinliklə əminəm, dininizə əsla tabe olmaram və mən sizin Allah­dan baş­qa ibadət etdiklərinizə ibadət etmərəm. Lakin mən, canınızı ala­caq tək Allaha iba­dət edirəm. Allah mənə, ixlasla Ona ibadət edən mö­minlərdən olmağı əmr etmişdir".

105

وَأَنْ أَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًۭا وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ

Və: “Batildən haqqa tapınaraq üzünü islam dininə çevir, müşriklərdən olma,

Rəbbim mənə haqq din üzərində sabitqədəm olmağı, ondan başqa heç bir dinə meyil etməməyi əmr etmiş və mənə müşrik­lər­dən ol­mağı qadağan etmişdir.

106

وَلَا تَدْعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَ ۖ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًۭا مِّنَ ٱلظَّٰلِمِينَ

Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!, - deyə buyurulmuşdur.

Ey Peyğəmbər! Allahı qoyub, sənə nə fayda, nə də zərər verə bilən tanrılara və bütlərə yalvarma. Əgər sən onlara ibadət etsən, sözsüz ki, Allahın və onların haqqını tapdalayaraq həddi aşan za­lım­lar­dan olarsan!

107

وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّۢ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يُرِدْكَ بِخَيْرٍۢ فَلَا رَآدَّ لِفَضْلِهِۦ ۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ

Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun ne’mətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.

Ey Peyğəmbər! Əgər Allah sənə bir müsibət göndərərsə və sən də bu müsibətin səndən uzağlaşdırmasını tələb edərsənsə, onu səndən Uca Allahdan başqa kimsə uzaqlaşdıra bilməz. Əgər Allah sənə bir yaxşılıq istəyərsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz lütfü ilə qulların­dan is­tə­di­yinə nə­sib edər. Kimsə onu bu işə məcbur edə bilməz. O, qullarından tövbə edənləri bağış­layandır və onlara qarşı rəhm­­lidir.

108

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنَا۠ عَلَيْكُم بِوَكِيلٍۢ

(Ya Rəsulum!) De: “Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq (Qur’an və Peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!”

Ey Peyğəmbər! De: "Ey insanlar! Rəb­binizdən sizə Quran nazil edilmişdir. Bundan sonra kim doğ­ru yolla gelib və Qurana iman edərsə, bunun xeyri onun özünə olar, çünki Allah, qullarının Ona itaət etməsinə ehtyacı yoxdur. Kim də az­ğın­lığa düşərsə, bunun zi­yanı da yalnız onun öz əley­hinə olar, çünki qulların asilik etməsi Allaha heç bir zərər verə bilməz. De ki, Mən sizi əməllərinizi qoru­yan və etdiyiniz əməllərə görə sizi sorgu-sual edən deyiləm".

109

وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ وَٱصْبِرْ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُ ۚ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır!. 11.

Ey Peyğəmbər! Rəbbindən sənə nazil edilən vəhy­ə tabe ol və ona əməl et. Qövmündən sənə qarşı çıxanların əziyyətlərinə, sənə təbliğ etməyi əmr etdiyim dini onlara təbliğ edərək səbirli ol. Rəbbin dünyada onlara qarşı sənə olan yardımı və küfr üzərində ölərlərsə axirətdə onlar üçün olan əzabı ilə hökm verənə qədər sən bu şəkildə davam et.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.